“İkinci pərdə” filminin görüntüləri yayılıb
PİA.AZ-ın məlumatına görə, görüntülərdə dostu ilə ərinə xəyanət edən qadının ifşa olunması əks olunub.
Səhnə aqressiv tonu və radikal məzmunu ilə diqqət çəkir.
Bu səhnədə və ümumilikdə söyüşlərdən də geniş istifadə olunub. Bu mənada filmin çox böyük ictimai etiraza məruz qalacağı da şübhəsizdir.
Noyabr ayının 16-sında premyerası keçiriləcək filmin rejissoru Emil Quliyev, prodüseri isə Orxan Mərdandır.
pia.az