Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hüseyn kimi cır oğul yetişdirənlərin...“


Bloqqer Hüseyn Əzizoğlunun “Maşın” şoudan əməkdar artist Abbas Bağırovu uzaqlaşdırması sosial şəbəkələrdə müzakirələrə səbəb olub


Axşam.az-ın məlumatına görə, izləyicilərin əksəriyyəti bloqqerin bu addımını qınayıb, onu təhqir ediblər. Əzizoğlunun addımına etiraz edənlər arasında şou-biznes nümayəndələri də yer alıb.

Müğənni Natavan Həbibi Hüseyni satqın adlandırıb:

“İyrənc və şərəfsiz bir oyun idi. Kişi və ya qadın, fərqi yoxdur. İnsan olduğunu unutmaq olmaz. Dəyərlər şərtlərə görə dəyişməməlidir. Bu dərəcədə satqınlıq, bu yaşda! Aldanan tamaşaçı oldu. Əminəm, elə tamaşaçı da öz cavabını verəcək. Oyunu quranlar da, oynadanlar da uduzdu. Şounun nəticəsindən asılı olmayaraq yaddaşlarda bu günün çirkin oyunu qaldı”.

Murad Arif də Hüseynin ünvanına tənqid yazanlardan olub:

“Heç biri ilə tanış deyiləm. Bu oğlan çox eybəcər söhbətlər edir. Pərvinin dostu kimdir, imkanı nədir… Kİmə nə? Pərvin daha mərdanə danışır”.

Bir neçə gün əvvəl “Maşın”dan gedən Rahidə Baxışova da Abbasın tərəfini saxlayıb:

“Can Abbas, dünən mənim ürəyim gəlmədi sənə bunu edim. Sənə isə hörmətim artdı”.

“Maşın”ın 16-cı buraxılışının iştirakçılarından olan Günel Hümbətova da Əzizoğlunun addımını yanlış hesab edib:

“Belə cır oğul yetişdirənlərin halına çox acıyıram. Təəssüf ki, sayları az deyil”.

Aktrisa Çimnaz Sultanova isə hələ də hadisənin şokundan ayılmadığını bildirib:

“Dəhşət... Adam heç söz tapa bilmir. Hələ də şokdayam. Bu, çox ədalətsiz idi. Arxadan zərbə... Kişilikdən deyil. Heç qadınlıqdan da deyil”.

Hüseynin müğənni Roza Zərgərliyə ana, Abbasa isə ata deməyi sosial şəbəkədə müzakirələrə səbəb olan mövzulardan olub. Hətta izləyicilər Abbas, Hüseyn və Rozanın fotosuna müxtəlif kollajlar düzəldiblər.


pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar