Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həbsxanada İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadın saxlanılır”

İraq parlamentinin deputatı Vian Dahil öz ölkəsinin hərbçilərinin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bildirib


Deputatın sözlərinə görə, qadınlar həbsxanalara yerləşdirilib. İraqın Müdafiə Nazirliyindəki mənbə 512 nəfər rusiyalı qadının saxlanılması barədə məlumatı “RİA Novosti” agentliyinə təkzib edib: "Saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin vətəndaşlarıdır", – mənbə bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İraqda Azərbaycan vətəndaşı olan qadınların saxlanılması ilə bağlı Turan-a deyib ki, Xarici İşlər Nazirliyinin bu kimi halların olması barədə məlumatı var: "Faktların araşdırılması və dəqiqləşdirilməsi ilə bağlı işlər aparılır. Ölkəmizin İraqdakı səfirliyi bu ölkənin müvafiq dövlət orqanları ilə məsələ ilə bağlı daimi əsasda təmasdadır", – o qeyd edib.

Xatırladaq ki, bu il oktyabrın 12-də İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan azərbaycanlı uşaqlar Azərbaycana gətirilib. Bu il oktyabrın 30-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur. Nazir deyib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq.

"Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı, sadəcə, götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək", E. Məmmədyarov qeyd edib (Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar