Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hacı Beyləqanski” qadın təcridxanasına köçürüldü


“Hacı Beyləqanski” kimi tanınan kriminal avtoritet Hacıbaba Talıbxanlı Moskvanın qadınlar üşün nəzərdə tutulmuş yeganə istintaq təcridxanasına köçürülüb


Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb kimi hüquq-mühafizə orqanları “qanuni oğru”nun kişi türməsində mümkün qisasdan qorunmasının vacibliyini göstəriblər.

Mənbə bildirir: “Bir tərəfdən, bunu ona görə edirlər ki, operativ vəziyyət gərginləşməsin – “Hacı Beyləqanski”nin məhbəs mühitindəki statusu barədə ziddiyyətlər istənilən türmədə yaranacaq, bircə qadın türməsindən başqa. Digər tərəfdən, onun şəxsi təhlükəsizliyi vacibdir. Hazırda onun həyatına istənilən yerdə böyük təhlükə mövcuddur”.

Öncə xəbər verdiyimiz kimi, məşhur “vor zakon” Ded Xasanın “Hacı Beyləqanski” kimi tanınan azərbaycanlı Hacıbaba Tahir oğlu Talıbxanlı tərəfindən qətlə yetirilməsi məlum olub.

İstintaqın gəldiyi nəticəyə görə, Ded Xasanın qətlini Rövşən Lənkəranski sifariş edib. Həmin vaxt azərbaycanlı “vor zakon”un “Ded Xasan” ləqəbli Usoyandan sonra kriminal aləmdə ikinci nüfuzlu şəxs olduğu deyilir.

Ded Xasan snayper gülləsi ilə Moskvanın mərkəzindəki restoranlardan birinin yaxınlığında öldürülüb.

Qatilin restoranla üzbəüz binadan atəş açdığı güman edilir. “Hacı Beyləqanski” bu qətldən sonra 5 il müddətində istintaqdan gizlənməyə müvəffəq olub.

Virtualaz.org onu da yazmışdı ki, “Hacı Beyləqanski” Ded Xasanın qətlində deyil, həmyerlisi İlqar Əliyevin qətlində iştirakını etiraf edir. İlqar Əliyev “Ded Xasan” ləqəbli “vor zakon” Aslan Usoyanın yaxın tərəfdaşı olub.

Xatırladaq ki, “Hacı Beyləqanski” ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı barəsində Cinayət Məcəlləsinin 105.1 (qətl) və 105.2 (iki və daha çox insanın qətli) maddələri üzrə cinayət işi qaldırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar