Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Görünür qəzetin müxbiri yalnız 20 ildən sonra komitənin qəbul günləri ilə maraqlanmağa başlayıb”

Baş nazirin müavini Əli Həsənov mətbuatda barəsində yayılan xəbərlərə münasibət bildirib


Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, “Yeni Müsavat” qəzetinin 16 may tarixli sayında dərc olunan “Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı” başlıqlı yazı ilə əlaqədar mövqeyini açıqlayan Ə.Həsənov deyib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində adətən hər ayın 15-i qəbul günüdür.

O vurğulayıb ki, Dövlət Komitəsi məcburi köçkün soydaşlarımızın rəsmi müraciət yeri olduğu üçün həmin günlərdə iştirakçıların çox sayda olması normal haldır və bu proses 20 ildən artıq bir müddətdə mütəmadi davam edib: “Görünür qəzetin müxbiri yalnız 20 ildən sonra komitənin qəbul günləri ilə maraqlanmağa başlayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib və hamı kimi mən də bu təyinatı çox uğurlu sayaraq ona hörmətlə yanaşıram. Yeni sədrə bildirmişəm ki, nə vaxt mənim məsləhətimə və yardımıma ehtiyacı olsa, hər zaman ona kömək etməyə hazıram.

O ki qaldı “Yeni Müsavat”da yazılan “köçkünlərin “Qaçqınkom”un qarşısına toplaşmasının təşkil edildiyi” iddiasına, qəzetin özünün də “bu iddiaların nə dərəcədə doğru olmasına” şübhə ilə yanaşdığı kimi, tam məsuliyyətlə və qətiyyətlə bildirirəm ki, bütün bunlar həqiqətən də reallıqdan uzaq olan uydurmalardır”.“Report”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar