Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Google” “Gmail” i yenilədi

"Google" şirkəti "Gmail" servisinin dizaynını yeniləyib


Lent.az-ın "The Verge"yə istinadən xəbərinə görə, yeni dizayn özündə Material Design elementlərini və Inbox adlı poçt servisinin bəzi funksiyalarını birləşdirir.
 
Gmail-in veb-versiyasında sürətli cavablar funksiyası olacaq. Bu funksiya servisin iOS və Android versiyalarında artıq mövcuddur.
 
Yenilənmiş Gmail-də məktubları müəyyən vaxta kimi təxirə salmaq mümkün olacaq. Bu cür funksiya həmçinin Inbox poçt servisində də var. Gmail-in yeni dizaynında ən nəzərə çarpan dəyişiklik isə sağ tərəfdə olan panellə bağlıdır. Həmin paneldə təqvim, Google Keep qeydləri və tapşırıqlar siyahısı əks olunacaq.
 
Məktubun yazılışı zamanı servisdə saat və qıfıl işarələri əks olunacaq. Həmin işarələrə klik edəndən sonra istifadəçi konfidensial rejimə keçid edəcək. Bu cür rejimdə yazılmış məktubu qəbul edəcək şəxs məktubun daxilindəki məlumatı heç cür kopyalaya, çap etdirə və ya kiməsə göndərə bilməyəcək. Müəyyən müddətdən sonra isə göndərilmiş həmin məktub avtomatik olaraq silinəcək. Məktubu göndərəcək şəxs məktubun pozulacağı vaxt intervalını (həftə, ay və hətta bir neçə il) özü təyin edə biləcək. Bundan əlavə olaraq göndərilmiş məktubu kənar gözlərdən qorumaq da mümkün olacaq. Bunun üçün xüsusi şifrədən istifadə olunacaq və həmin şifrə SMS vasitəsilə məktubu qəbul edəcək şəxsə göndəriləcək.
 
Böyük ehtimalla yenilənmiş "Gmail" servisi mayın 8-də başlayacaq "Google I/O 2018" tədbirində təqdim olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar