Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Faizləri artıraraq problemi həll etmək çox çətin olacaq”

“Hürriyet” qəzetinin və “CNN Türk” telekanalının iqtisadi məsələlər üzrə şərhçisi Erdal Sağlamın müsahibəsi


- Maliyyə bazarındakı son dalğalanmalar “Mərkəzi Bank vaxtında lazımi müdaxilələri etmədi” şəklində şərhlərə səbəb oldu. Proseslərə vaxtında müdaxilə edilmədi, yoxsa iqtidarın iddia etdiyi kimi, hər şey kənardan yönləndirilən oyunlarla əlaqədar idi?

- Bazarda problemlər vardı: həmişəki kimi cari kəsir yüksək idi, inflyasiya 2 xanəli rəqəmdə idi, büdcə açığı narahatlıq doğuran səviyyədə idi. Ancaq Mərkəzi Bank lazımi tədbirləri görməkdə gecikdi. Bunun əsas səbəbi siyasi iqtidarın faizlərin yüksəlməsini istəməməsidir. Siyasi iqtidar öz dünyagörüşü çərçivəsində yüksək faizi qəbul etmədiyinə görə, onun təsiri altında qalan Mərkəzi Bank lazımi addımları ata bilmirdi. Nəticədə faizlər 3 bal artırılıb valyutanın məzənnəsi müvəqqəti şəkildə bir qədər aşağıya çəkilsə də, vəziyyətin bu şəkildə davam etdirilməsi ümidsiz kimi görünür. Çünki həm də  hal-hazırda seçkiyə hazırlıq prosesi davam edir, bu dönəmlərdə iqtidarların maliyyə nizam-intizamından  uzaqlaşdıqlarını həmişə görmüşük.

"Siyasi iqtidar öz dünyagörüşü çərçivəsində yüksək faizi qəbul etmədiyinə görə, Mərkəzi Bank lazımi addımları ata bilmirdi"
 
Büdcədən seçki üçün xərclənəcək vəsaitlər iqtisadiyyat üzərində əlavə təzyiq yaradacağı kimi, Mərkəzi Bankın vaxtında tədbirlər görməməsi nəticəsində əcnəbi sərmayədarlarda da müəyyən tərəddüdlər yaranması qaçılmazdır. Baş nazirin iqtisadiyyata cavabdeh müavini və Mərkəzi Bankın prezidenti Londona gedib, atmosferi yumşaltmağa çalışdılar, bundan sonrakı mənzərəni yaxından izləyəcəyik. Mənə elə gəlir ki, faizləri artıraraq bu işləri həll etmək çox  çətin olacaq.

- Prezidentin baş müşavirləri Yiğit Bulut və Cəmil Ertem bir neçə ildən bəri artıq Londonun dünyanın maliyyə mərkəzi olmaqdan çıxacağını və İstanbulun maliyyə mərkəzi olacağını iddia edirdilər. Amma Mehmet Şimşək ilə Murat Çetinkaya yenə Londona getdilər. ”Dünyanın maliyyə mərkəzi İstanbul” iddiası boş çıxdı?

- Bu, kimlərinsə sözü ilə olacaq iş deyil. İstanbul dünyanın mühüm maliyyə mərkəzlərindən biri halına gələ bilər. Ancaq bunun üçün lazımi mühitin və infrastrukturun yaradılması lazımdır. Hər şeydən əvvəl, güvən və etimad atmosferi yaradılmalıdır. Qısa müddətdə mümkün olmayacaq, bu işə gələcəkdə baxmaq olar. Qurumları daha da gücləndirib, müstəqil hala gətirmək bu işin ən mühüm şərtidir.

- Bəzi şərhçilər və müxalifət təmsilçiləri mövcud vəziyyətdən çıxmaq üçün Türkiyənin yenidən Beynəlxalq Valyuta Fondunun qapısına getmək məcburiyyətində qalacağını iddia edirlər. Bu, həqiqətə nə qədər uyğundur?

- Türk lirəsi sürətli şəkildə dəyər itirməyə davam etdikcə, xaricdən pul tapmaq çətinləşə bilər.

"BVF-dən pul istəmək barədə danışmaq hələ tez olsa da, çarəsizlik yaranması durumunda bu, qaçılmaz hala gələcək"
 
Məncə, indiki halda BVF-dən pul istəmək barədə danışmaq hələ tez olsa da, çarəsizlik yaranması durumunda Valyuta Fondundan pul istəmək qaçılmaz hala gələcək. Yeni bir “stand-by” sazişinə ehtiyac yaranması  ehtimalını mən də görürəm.

- “Reuters” agentliyi dünənki xəbərində 24 iyunda cənab Ərdoğanın yenidən seçilməsi halında iqtisadiyyatın idarəçiliyinin tək əldə toplana biləcəyini yazıb. Bununla bağlı şərhiniz nədir?

- İqtisadiyyatın bir çatı altında toplanaraq idarə edilməsi başqa şeydir, tək adamın nəzarəti altında idarə edilməsi başqa şeydir.

"Ölkə içindəki populist yanaşmaları neytrallaşdırıb, Türkiyəyə sərmayə çəkə biləcək adamlar lazımdır"
 
İqtisadiyyatın idarəçiliyinin tək əldə toplanması qurumların müstəqilliyinin aradan qalxması deməkdir ki, bununla prosesləri normal şəkildə idarə etmək mümkün deyil. Qurumların müstəqilliyi qorunmalı, onların arasındakı koordinasiya işi çox dəqiq aparılmalıdır. Mən bundan başqa yol görmüəm.

- Seçkidən sonra iqtisadiyyatın idarəçiliyinin indikindən fərqli şəxslərdə olması beynəlxalq arenada Türkiyəyə olan baxışa nə dərəcədə təsir göstərər? Məsələn, Əli Babacanın 3 ildən bəri iqtisadiyyatın başında olmamasının beynəlxalq arenada müsbət qarsalanmadığı deyilir.

- Beynəlxalq miqyaslı sərmayədarlar bir ölkəyə gedərkən, əlbəttə ki, iqtisadiyyatın idarəçiliyində özlərinin etimad edə biləcəyi insanları görmək istəyərlər. Əli Babacan onlardan biridir. Seçkidən sonra konkret Əli Babacan olmasa da, iqtisadiyyata onun kimi yanaşan bir adamın olması Türkiyənin xeyrinə olar. Ölkə içindəki həddindən artıq populist yanaşmaları ölkədən kənarda neytrallaşdırıb, Türkiyəyə sərmayə çəkə biləcək adamlar lazımdır.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar