Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan kimin üçün desən qapı ola bilər” - Vahid Əhmədov


Millət vəkili: “İran dövləti Azərbaycanı nəzərə alaraq Ermənistanı Şimal-Cənub tranzit layihəsinə qoşmaq mövqeyindən geri çəkilməlidir”


“Nə qədər ki, Avrasiya İqtisadi Birliyində Ermənistan var, o Birlikdə heç vaxt Azərbaycan olmayacaq”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Ermənistanın “Şimal-Cənub” dəhlizinə qoşulmaq üçün İranla aradığı danışıqları PİA.AZ-a şərh edərkən qeyd edib.

Son zamanlar Ermənistan israrla “Şimal-Cənub” tranzit layihəsinə qoşulmağa can atır və bununla bağlı İranla danışıqlar aparır. Ermənistanın İrana etdiyi təklif Ermənistan vasitəsi ilə yüklərin Avrasiya İqtisadi Birliyinə daşınmasıdır. Lakin çox qəribədir Ermənistanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə quru sərhədi yoxdur.

Qeyd edək ki, ümumi uzunluğu 5.6 min kilometr olan “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycandan və İrandan keçməklə Rusiyanın Hindistanla, Baltik regionu ilə kommunikasiya əlaqələrini təmin edəcək. Təxminən bir il əvvəl Bakıda prezident İlham Əliyevin təşəbbüsü ilə İranRusiya prezidentlərinin də iştirakı ilə keçirilən üçtərəfli sammitdə bu beynəlxalq dəhlizin qərb qanadının tikintisi də məsələsi detallı şəkildə müzakirə olunub. Əlbətdə, “Şimal-Cənub” dəhlizinin reallaşması imkanlarını İranla Ermənistanı birləşdirən dəmir yolunun tikintisi imkanları ilə müqayisə etmək mümkün deyil. Xüsusən də Rusiya ilə Gürcüstan arasındakı münaqişəni nəzərə alanda. Başqa məsələdir ki, multimodal yük daşımaları İranla Ermənistanın maraqlarına uyğundur. Ancaq beynəlxalq dəhliz Gürcüstandan keçməlidir və oradan Rusiyaya uzanmalıdır. 

Erməni siyasi elitası dərk edir ki, tezliklə “Şərq-Qərb” dəhlizi kimi “Şimal-Cənub” dəhlizi də işə düşəcək və ilkin mərhələdə bu dəhlizlə ildə 3-5 milyon ton yük daşınacaq. Nəticədə Azərbaycan regionun mərkəzi və iri nəqliyyat xabına çevriləcək, ölkəyə milyardlarla dollar tranzit gəlirləri daxil olacaq. Buna görə də Ermənistan israrla Şimal-Cənub tranzit layihəsinə qoşulmağa can atır və bununla bağlı İranla danışıqlar aparır.

Ermənistan İran üçün Avrasiya İqtisadi Birliyinə açılan qapı ola bilərmi? Həmçinin İranla Avrasiya İqtisadi Birliyi arasında iqtisadi əlaqələrin artması üçün Azərbaycanın hansı imkanları var?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova müraciət edib.

Related image
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemimiz həll olunmayana qədər Ermənistan  “Şimal-Cənub” tranzit layihəsinə qoşulmamalıdır”.


Ermənistanla İran arasında olan son münasibətlərin diqqət çəkici məsələ olduğunu vurğulayan millət vəkili Vahid Əhmədov PİA.AZ-a açıqlamasında bildirib ki, bir sıra məsələlərdə İran Ermənistana çox güzəştə gedirlər. Amma bu olmamalıdır. Çünki bizim Dağlıq Qarabağ problemimiz həll olunmayana qədər Ermənistan  “Şimal-Cənub”  tranzit layihəsinə qoşulmamalıdır:

“Mən hesab edirəm ki, əgər doğrudan da İran dövləti müsəlman, dost dövlətdirsə, Ermənistanın  “Şimal-Cənub”  tranzit layihəsinə qoşulmağına imkan verməyəcək. Bir tərəfdən də Rusiya çalışır ki, Ermənistan bu cür layihələrdə iştirak etsin. Çünki Ermənistanın belə layihələrdə iştirak etməsi Rusiya üçün sərfəlidir. Gürcüstan vasitəsi ilə hərbi dəmir yolunun açılışında da biz bunun şahidi olduq. 

Ermənistan Rusiyanın koloniyasına çevrilib və öz sözü olmayan bir dövlətdir. Buna görə də Rusiya çalışır ki, Ermənistana kömək etsin. Amma daha yaxşı olardı ki, İran Azərbaycanın mövqeyini və Dağlıq Qarabağ itkisini nəzərə alsın. 

Yəni İran dövləti Azərbaycanı nəzərə alaraq Ermənistanı  “Şimal-Cənub” tranzit layihəsinə qoşmaq mövqeyindən geri çəkilməlidir. İran Azərbaycanla qonşu dövlətdir və iqtisadi-siyasi əlaqələrimiz yüksək səviyyədədir. Hətta son vaxtlar İranla Azərbaycan arasında iqtisadi əlaqələr daha da artıb. İran dövləti Azərbaycanda bir sıra strateji layihələr həyata keçirir. İran-Astara, Azərbaycan-Astara dəmir yolu, həmçinin Naxçıvana da dəmir yolu açılır. Yəni İranla Azərbaycan arasında yaxın münasibətlər çoxdur. Buna görə də İran bu münasibətləri nəzərə almalıdır. 

Vahid Əhmədov: “Azərbaycanİran, nə də Rusiyanın diktəsi ilə işləmir”.


Ermənistan kimin üçün desən qapı ola bilər. Bütün dövlətlər nə istəyir Ermənistan da onu edir. Bildiyimiz kimi Rusiya Ermənistanın bütün şirkətlərin alıb və Rusiya nə deyir Ermənistan onu qəbul edir. Azərbaycan isə bəzi dövlətlərin xoşuna gəlmir. Çünki dövlət başçımız müstəqil siyasət aparır və Azərbaycan xalqının mənafeyin hər şeydən üstün bilir. Amma Ermənistanda belə deyil. Ümumiyyətlə Ermənistanla İran arasında olan son münasibətlər diqqət çəkən məsələdir. Çünki bir sıra məsələlərdə İran Ermənistana çox güzəştə gedirlər. Amma bu olmamalıdır. Çünki bizim Dağlıq Qarabağ problemimiz həll olunmayana qədər Ermənistan Şimal-Cənub tranzit layihəsinə qoşulmamalıdır.

Nə qədər ki, Avrasiya İqtisadi Birliyində Ermənistan var, o Birlikdə heç vaxt Azərbaycan olmayacaq. Çünki Azərbaycanın Dağlıq Qarabağ problemi var. Nə vaxt ki, torpaqlarımız azad olar və millətimiz öz yurdlarına qayıdar, bundan sonra bu məsələlərə baxmaq olar. Azərbaycanİran, nə də Rusiyanın diktəsi ilə işləmir. Dövlət başçımız müstəqil siyasət aparır və millət bu siyasəti müdafiə edir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar