Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur”

Keçən həftə məqsədi bu yaxınlarda Azərbaycan Astarasından İran Astarasına qədər inşa edilən dəmiryol hissəsinin funksiyasının yoxlanışı olan Beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə dəmiryol qatarının ilk sınaq buraxılışı baş tutub – ağac yüklü altı vaqon tarixdə ilk dəfə olaraq Azərbaycan ərazisindən tranzitlə Rusiyadan İrana vahid dəmiryolundan keçib


Beləliklə, “Şimal-Cənub”un inşaatında son addım atılıb, “Astara-Astara” dəmiryolunun rəsmi açılışı marta planlaşdırılıb və Azərbaycan onun işə salınmasıyla ərazisindən adamların və yüklərin şərqdən qərbə (“Bakı-Tiflis-Qars” yolu) və cənubdan şimala (“Şimal-Cənub” BND) hərəkət edəcəyi Cənubi Qafqazda əsas infrastruktur qovşağına çevriləcək. Bu qayda ilə Ermənistan üzərindən “Şimal-Cənub” marşrutu layihəsi bağlanacaq, deməli, İrəvan bölgədə hər iki istiqamətdə nəqliyyat axınlarından kənarda qalacaq. “Вестник Кавказа" Ermənistanın bölgədəki çağdaş durumu haqda “Ermənistan Milli Konqresi” partiyası sədr müavini Aram Manukyanla  söhbətləşib. 

Müsahibəni təqdim edirik.

-Aram Vigenoviç, sizin qiymətinizə əsasən, Ermənistan bu gün bölgəsəl dövlətlərarası iqtisadi bağlar mənzərəsində hansı yeri tutur?

-Demək olar, sıfırıncı yeri. Nəqliyyat, dəmiryol, neft, qaz, istənilən başqa bütün bölgəsəl və beynəlxalq xətlər bizdən yan keçir. Ermənistan təkcə siyasi deyil, həm də iqtisadi mühasirədədir, O, hər tərəfdən qapalıdır və heç bir bölgəsəl layihəyə qatılmayıb. Hətta hökumətimiz bölgə proqramlarında iştirak etmək istəmir, yəni biz Qafqazda sadəcə yoxuq, həm də artıq 20 ildən çox bu durumdayıq. Bu illər ərzində Ermənistan üzərindən deyil, Gürcüstan üzərindən inşa olunan “Bakı-Tiflis-Ceyhan” boru kəməri və “Bakı-Tiflis-Qars” yolu daxil olmaqla xeyli layihə bizdən yan keçib. Bu, indi “Şimal-Cənub” BND və Çinin “İpək yolu”dur.

Biz sanki bölgədə yoxuq. Ermənistan Qafqazda de-yure var, lakin Qafqazdan keçən layihələrin heç birində işləmir. Biz iqtisadi mənada dalandayıq və buna görə də heç kim Ermənistana pul yatırmır. Əvvəllər ildə, heç olmasa, 3-4 milyard $ yatırım əldə edirdiksə, keçən il respublikaya cəmi 120 milyon $ maya qoyulub. Bu, çox azdır, heç nədir. Korrupsiya durumu qəlizləşdirir, bu üzdən heç bir normal adam öz pulunu Ermənistana qoymağa risk etmir.

-Bir sıra erməni ekspertləri yazırlar ki, Ermənistanın inkişafına və bölgə iqtisadiyyatına qoşulmasına Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi mane olur. Bu cür mövqeyə siz necə yanaşırsınız?

-Mən bununla tam razıyam. Müharibə dövlətin inkişafına heç cür yardım edə bilməz, axı iqtisadiyyatın inkişaf və artımı üçün sakit, sabit daxili-siyasi və xarici siyasi durum tələb olunur. Bizdə isə münaqişə üzündən belə bir şey yoxdur – bura pul qoyulası mühit deyil. Ən birinci problem və Ermənistan üçün ən böyük çağırış Qarabağ münaqişəsinin tənzimlənməsidir. Bu problemi həll etmək lazımdır və biz keçən il parlament seçkilərinə gedərkən onu öz siyasi proqramımızın başına qoymuşduq. Yalnız bizim partiya münaqişəni tənzimləmək təklifi verən  proqramla çıxış edib. Biz anlayırıq ki, müharibənin bitməsi Ermənistanın inkişafı və inteqrasiyasına yeganə yoldur.

-Ermənistan bununla bağlı bölgəsəl iqtisadi əməkdaşlıqda öz mövqeyini möhkəmləndirmək üçün hansı tədbirləri görə bilərdi?

-Qarabağ problemini tənzimləmək,  siyasi və diplomatik səyləri fəallaşdırmaq, status-kvo məsələsini həll etmək tələb olunur. Düşünürəm ki, bu, xalqımız üçün ediləcək ən önəmli məsələdir – artıq 24 il yaşadığımız dalanlı durumdan çıxmaq. Bundan belə bu cür ola bilməz. Qarabağ uğrunda müharibə cəmi iki il çəkib və hərbsonrası münaqişəli durum yerindən tərpənmir. Bu, xalqları və dövlətləri haldan salır, ölkələrə inkişafda mane olur. Bu durumdan, bu çuxurdan çıxmaq lazımdır. Qarabağ münaqişəsini həll etmək mümkün olsa, onda Azərbaycan və Türkiyə ilə sərhədlərimizin açılması da həll olunacaq. Türkiyə və Azərbaycan Qarabağ münaqişəsinin həlli və sərhədlərin açılması məsələsində vahid rəydədir, bu yöndə uyumlu şəkildə işləyirlər. “Ermənistan Milli Konqresi” bütün qonşularla yaxşı münasibətlər uğrunda çıxış edir  -xüsusən də iqtisadi münasibətlər uğrunda. Çünki bu, ölkəmizin inkişafını təmin edir – partiyanın proqramı bu cürdür.

"Вестник Кавказа", 12.02.2018

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar