Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib


“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib


Dəyirmi masada Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Təşkilat Komitəsinin üzvü Çingiz Özgür, Milli Məclisin deputatı Fazil Mustafa, Ə.Elçibəyin gənclərlə üzrə müavini olmuş Bəhram İsmayıl və digərləri iştirak ediblər.

Təşkilat Komitəsinin üzvü Çingiz Özgür çıxış edərək xatırladıb ki, Əbülfəz Elçibəyin 80 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirilib.

O bildirib ki, Ə.Elçibəylə bağlı 1000 səhifəlik kitab hazırlanıb: “Bu kitabda Elçibəyin müsahibələrinin toplusu yer alır. Azərbaycanda elçibəyçi gənclik yetişir. 1992-1993-cü ildə Elçibəyin komandasının böyük hissəsini gənclər təşkil edirdi”.

Ə.Elçibəyin gənclərlə üzrə müavini olmuş Bəhram İsmayıl deyib ki, eks-prezident vətəni, dövləti sevən insan olub: “O, çox nəhəng insan idi, prezidentlik vəzifəsini çox sadələşdirmişdi. Ona görə də hər kəs prezident olmaq istəyirdi. Elçibəy millətin böyüklüyünü millətə çox yaxşı aşılayıb, gənclərə xüsusi diqqət yetirirdi. O, çox vicdanlı insan idi. Onun ideyaları daim yaşayacaq”.

1992-1993-cü illərdə Prezident Aparatı Dövlət-hüquq şöbəsinin müdiri olmuş, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Əbülfəz Elçibəy bürokratik mənada dövlət adamı deyildi, amma o, millətin düşüncələrini oxumağı bacarırdı, millətə dəyər verirdi: “O, prosesin tənzimlənməsini vacib sayırdı. Elçibəy partiyalılıqdan daha çox hərəkatçı idi. Onunla bağlı məsələlərə münasibət bildirərkən obyektiv olmaq lazımdır. Tənqid də, tərif də etmək olar. Elçibəy elə bir adam idi ki, onu tənqid edənləri susdurmağa çalışmırdı. Ona görə də biz də ona fikirlərimizi rahatlıqla çatdırırdıq. O sərbəstliyin hesabına siyasətə yüzlərlə insan gəldi”.

F.Mustafa qeyd edib ki, o dövrdə konkretləşmə məsələsində bir qədər çətinlik olub: “Lazımi qərarların verilməsində çeviklik göstərə bilmədik. Məsələn, tarixçilərlə hər hansı məsələni müzakirə edirik, vaxt başa çatır, amma qərar qəbul olunmur. Bəzi məsələlərlə bağlı qərarların qəbulunda çeviklik göstərilməli idi”.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib ki, Ə.Elçibəy hər zaman gənclərə böyük önəm verib: “O, gənclərə yol göstərirdi. Elçibəy bunu fəaliyyəti ilə sübut edirdi. O, bizi elə təqdim edirdi ki, sanki bizim fikirlərimizə ehtiyacı var, amma belə deyildi, bizim onun fikirlərinə ehtiyacımız var idi. İndiki dövrdə qarşılaşdığımız çətinliklərin kökündə Elçibəyə qarşı səmimi olmamağımız dayanır. Biz yolumuzda dürüst olmalı idik. Dürüst olduqmu? Olmadıq… Hər kəs səmimi mübarizə aparmalıdır”.

1993-cü ildə baş nazir olmuş, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn vurğulayıb ki, Elçibəy dövrünün inqilabçısı olub: “O bilirdi ki, prosesin hərəkətverici qüvvəsi gənclərdir. Elçibəy 32 yaşında yazdığı əsərində Azərbaycanın birləşməsi ideyasını irəli sürmüşdü”.

Xatirə tədbiri digər çıxışlarla davam edib. (minval.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar