Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Efirdən getməyimizə sevinib, qırmızı geyindi...” - Əkizlər

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları İnstaqram səhifəsində canlı yayıma girməməklərinin səbəbini açıqlayıblar


Axşam.az-ın məlumatına görə, əkizlər “Show News”a açıqlama verərək, bildiriblər ki, insanların mənfi rəylərinə görə bundan qaçırlar:

“Milyon yarım izləyici var, onların hamısı bizi sevmir. Sevməyənlər daha çoxdur. Artıq-əskik nələrsə yazırlar, adam əsəbiləşir. Bizdə bir xüsusiyyət var, yaxşı rəylərə reaksiya vermirik, pislərə veririk. Tolikin canlı yayımına baxıram söyüş, təhqir yazırlar. Hərdən Tolik deyir ki, gəlin canlı yayıma girək və şərhləri bağlayaq. Deyirik onun marağı nədir? Ona görə də girmirik”.

Bacılar “Xəzər” telekanalında aparıcılıq etdikləri “Hər şey daxil” verilişindən ayrılmalarının səbəbini də açıqlayıb. Onlar “Deyirlər, Tolik bacıların torbasını tikdi” sualına belə cavab veriblər:

“4 il az vaxt deyil. Ora can qoymuşuq. Yaxşı və pis günümüzü bölüşdüyümüz məkan idi. Biz oranı etibar etdiyimiz insana həvalə etdik. Toliki günahlandırmayın, təşəkkür edin. Biz müğənniliklə daha yaxşı məşğul olacağıq. Verilişdən getdiyimiz zaman üzülənlər kimi, sevinənlər də oldu. Hətta qırmızı geyinib, əlinə xına yaxıb proqrama çıxanlar da oldu. Amma heç biri bizim yerimizi tuta bilməz”.

Sevil və Sevinc bundan sonra heç bir kanalda aparıcı kimi çalışmayacağını deyib:

"Bir çox kanal bizi çəkmirdi. Yəqin qapılarını açacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar