"Çelsi"nin baş məşqçisi Antonio Kontedən komandanın futbolçuları da narazıdır
PİA.AZ qol.az-a istinadən xəbər verir ki, oyunçular italiyalı mütəxəssisin monoton və intensiv məşqlərindən şikayət edirlər. Onların fikrincə, bu məşqlər daha çox zədələnmələrə səbəb olur. Bundan başqa, futboçular A.Kontenin daim pis əhval-ruhiyyədə olmasından narazıdırlar.
Qeyd edək ki, klub rəhbərliyi komandanın son zamanlardakı uğursuz çıxışına görə, A.Konteni istefaya göndərəcəyi gözlənilir.
pia.az