Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çəkilişdən sonra Fazil Mustafa mənə dedi ki...”


“Fazil Mustafa yazılan statusunda məni təhqir etməmişdi. Sadəcə sosial mediada, ictimai rəydə bu cür başa düşüldü. Fazil bəylə müəyyən münasibətlərimiz var”


“Həcc ziyarətində, müəyyən televiziya verilişlərində də görüşmüşük. Fazil bəy televiziyaların birində çəkilişdən sonra mənə yaxınlaşıb mətbuatda izlədiyini, fikirlərimi dəstəklədiyini dedi”.

Bunu Lent.az-a video müsahibəsində ilahiyyatçı, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli deyib. O, millət vəkili Fazil Mustafa ilə bir qrup dindar arasında yaşanan son münasibət bildirib. Məşədi Dadaş məscidinin imam-cüməsi qeyd edib ki, istənilən mövzu tənqidə və müzakirəyə açıq olmalıdır:

“O cümlədən, əzadarlıq mövzusu da müzakirə oluna bilər. Tənqidə açıq bir mövzudur. Sadəcə olaraq, burada bir sıra məsələlərə, prinsiplərə riayət etmək lazımdır. Dini mövzudan danışarkən məsələlərə həssaslıqla yanaşmalıyıq. İfadələri düzgün seçməliyik. Bu baxımdan mən millət vəkilimizin əzadarlıqla bağlı suallarını normal hesab edirəm. Amma onun tərəfindən təhqirlə müşayiət olunan bir statusun onun tərəfindən paylaşılması dolayısı ilə həmin fikrin Fazil Mustafa tərəfindən də dəstəklənilməsi kimi başa düşülür”.

Hacı Şahin Həsənli bildirir ki, məlum mərsiyə qalmaqalında millət vəkilinin münasibətində təhqir elementləri olub:

Fazil Mustafanın paylaşdığı statusda açıq-aşkar təhqir var idi. Bunun adını nə qoyursunuzsa qoyun, amma bu maarifçilik deyil. Əzadarlıq qaragüruhçuluq, ona qarşı mübarizə isə maarifçilik kimi təqdim olunur. Qətiyyən belə deyil və düzgün yanaşma hesab etmirəm”.

İlahiyyatçının sözlərinə görə, biz müzakirə ilə həqiqəti axtarmağa öyrəşməliyik:

“İstənilən mövzuda təhqirə yol verilirsə bu haqlını haqsız duruma salacaq bir məsələdir. Xarakterimə bələd olan insanlar da bilir ki, mən aqressivlikdən uzaq bir insanam. Fikir ayrılığı olanda da çalışıram ki, onu normal şəkildə ifadə edim. Amma təəssüflər olsun ki, son olaylarda bir qədər aqressiv yanaşmaların şahidi olduq. Mən bunu həmişə birmənalı şəkildə pisləmişəm. İndi də pisləyirəm”.

Hacı Şahin Həsənlinin mövzu ilə bağlı Lent.az-a müsahibəsini aşağıdakı videodan izləyə bilərsiniz:

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar