Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cambridge Analytica” qalmaqalında Rusiya izi

Rusiyanın “Mail.ru” şirkətinin “Facebook” istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə halları ilə bağlı qalmaqalda rolu ola bilər


Lent.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, Britaniyanın “Cambridge Analytica” firması tərəfindən istifadəçi məlumatlarından sui-istifadə halı ilə əlaqədar “Facebook” şirkəti tərəfindən aparılan araşdırmada “Mail.ru” diqqət mərkəzinə gəlib.
 
“Mail.ru Group”un “Facebook” üçün yüzlərlə proqram əlavəsi işləyib hazırladığı məlum olub. “Facebook”un mətbuat xidməti bildirib ki, onlardan yalnız ikisinin 2 həftə ərzində məlumat toplamasına icazə verilib.
 
Məsələyə amerikalı siyasətçilər də reaksiya verib. “Son 6 ay ərzində biz öyrəndik ki, “Facebook”un üçüncü şəxslər tərəfindən istifadəçi məlumatlarının toplanması və istifadəsinə nəzarət imkanları az olub. İndi öyrənmişik ki, rəhbərləri Vladimir Putinlə sıx əlaqələrə malik Rusiyanın iri texnoloji şirkəti “Facebook”la inteqrasiya olunmuş və məlumat toplaya biləcək yüzlərlə proqrama malik imiş. Əgər belədirsə, biz müəyyən etməliyik ki, hansı informasiyalar “Mali.ru” vasitəsilə ötürülüb və onlardan necə istifadə edilib”, - deyə demokrat senator Mark Uorner söyləyib.  
 
“Facebook”un vitse-prezidenti Aymi Arçibond CNN-ə bildirib ki, hələlik “Mail.ru”nun istifadəçi məlumatlarından yanlış istifadə etdiyi barədə məlumata malik deyillər. O, Rusiya şirkətinin əldə etdiyi məlumatlardan necə yararlandığını və ABŞ vətəndaşlarının məlumatlarını əldə edib-etmədiyini açıqlamayaraq araşdırmanın davam etdiyini vurğulayıb.
 
Qeyd edək ki, “Mail.ru” məşhur oliqarx Alişer Usmanovun təsis etdiyi “USM Holding”ə daxildir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar