Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu gün Azərbaycan Cənubi Qafqazın pələnginə çevrilib”


“Azərbaycan müstəqil, suveren qütbü olan, sürətlə inkişaf edən bir ölkədir”


PİA.AZ “Report”-a istinadən məlumat verir ki, bunu Geosiyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Duqin Moskvada keçirilən “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” konfransında deyib.

Azərbaycan böyük siyasi uğurlar əldə edib. O, Cənubi Qafqazın pələnginə çevrilib. Ölkə durmadan və fəal şəkildə inkişaf edir. Özünün müstəqil, suveren qütbü var. Bu, “failed state” dediyimizin tam əksidir. Azərbaycan suveren olan, güc toplayan dövlətdir”, – A.Duqin bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki siyasəti haqqında danışan rusiyalı politoloq bunun Rusiya-Azərbaycan münasibətlərinə çox mühüm faydalar verdiyini dilə gətirib: “Biz getdikcə hər mənada daha çox tərəfdaş oluruq. Bu, həm diplomatik, həm də şəxsi münasibətlərdə anlaşma tələb edir. Siyasətdə şəxsiyyət amilinin həmişə öz rolu var. Bu baxımdan prezidentin rolu həlledicidir. Müasir intellektual cəmiyyət, informasiya mühitləri bu proseslərdən geri qalır”.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında qeyd-şərtsiz yaxınlaşma və strateji tərəfdaşlığı təmin etmək üçün hər iki ölkənin intellektual elitası daha tez-tez ünsiyyət qurmalı və intensiv əlaqələri bərpa etməlidir.
Bakının beynəlxalq əlaqələrdəki artan rolunu qeyd edən mərkəzin rəhbəri Azərbaycanın Rusiya və Türkiyə arasında münaqişənin aradan qaldırılmasında mühüm rol oynadığını və Moskva, Ankara və Tehran arasındakı münasibətlərdə mühüm amil olduğunu bildirib.
“Regional oyunçu və beynəlxalq siyasətin əsas qütbü kimi, Azərbaycanın geosiyasi əhəmiyyəti göz önündə artır”, – A.Duqin deyib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar