Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu əməkdaşlar sərt şəkildə cəzalandırılacaq” - Nazir

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirib


Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, S.Babayev əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsinin, bu sahədə də şəffaflıq yaradılmasının nazirlik qarşısında əsas vəzifələrdən olduğunu vurğulayıb.

 Nazir bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz: "Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir".
 
Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq Nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək. Müvafiq qanunvericilikdə də zəruri təkmilləşdirmələr aparılacaq. Həmçinin, əlilliyin qiymətləndirilməsi hazırda səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən yerinə yetirilir ki, bu sistemin təkmilləşdirilməsi üçün də təkliflər hazırlanacaq.
 
Nazir qabaqcıl beynəlxalq meyarlara uyğun olaraq, əlilliyin əmək qabiliyyətinin itirilmə faizinə uyğun qiymətləndirilməsi sisteminin yaradılmasının da əsas hədəflərdən olduğunu bildirib. S.Babayev diqqətə çatdırıb ki, əlillərin reabilitasiyası səviyyəsi demək olar ki, sıfıra enib və bu sahədə ciddi dönüş yaradılması, reabilitasiya səviyyəsinin artırılması üçün Fərdi Reabilitasiya Proqramının, Nazirliyin bərpa mərkəzləri ilə bağlı konkret hədəfləri müəyyən edən konsepsiyanın hazırlanması təmin olunacaq.

Respublikanın bölgələri üzrə əlilliyin fərqli artım tempi ilə bağlı araşdırmanın da aparıldığını diqqətə çatdıran S.Babayev Xidmətin kollektivinə konkret tapşırıqlarını verib.
 
Müşavirədən sonra nazir Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin fəaliyyəti, burada əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial ekspertiza xidmətinin vəziyyəti ilə yaxından tanış olub.(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar