Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu ayrı-seçkilikdir və ədalətsizliyə yol açır” - Vəkil


Fariz Namazlı: “Dövlət əmlakını mənimsəyən vəzifəli şəxslərə yüngül cəza verilməsi gələcəkdə analoji ittihamlarla həbs edilən şəxslərdə arxayınlıq yaradır və beləcə dövlət qurumlarında külli miqdarda yeyintilər baş verir”


Xəyal Bəşirov: “İttihamçı prokurorun isə kassasiya protesti qaydasında Ali Məhkəmənin Cinayət Kollegiyasına şikayət vermək hüquqları var”.
 
Bakı Apellyasiya Məhkəməsində “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə iclası davam etdirilib və “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin cəzaları aşağı salınıb. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Həmçinin “Rabitə işi” üzrə qərarda təqsirləndirilən şəxslərin əmlakların üzərində həbs götürülməsi barədə qərar qəbul edilib.

Təcrübədən bilirik ki, bu gün həbsxanalarda qəpik-quruş üstündə cəza çəkən çoxlu insanlar var. Qanunların bu şəkildə tətbiqi həmçinin qanunların ikilistandartlarla tətbiqi deyil mi? Ümumiyyətlə Bakı Apellyasiya Məhkəməsinin bu qərarını ədalətli hesab etmək olarmı? Həmçinin dövlətin milyonlarını mənimsəyən şəxslərə qarşı bu qədər yumşaq cəzanın tətbiqi gələcəkdə bu halların daha da genişlənməsinə yol aça bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Vəkillər Kollegiyasının üzvü, vəkil Fariz Namazlı və Vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirovun fikirlərini öyrənib.

Image result for fariz namazlı

Fariz Namazlı: “Ayrı-seçkiliyin olması digər işlər üzrə həbs olunan şəxslərə münasibətdə ədalətsizliyə yol açır və onların hüquqlarını pozur”.


Dövlət əmlakını mənimsəməkdə günahlandırılan vəzifəli şəxslərə qarşı yüngül cəzaların verilməsinin doğru addım olmadığını vurğulayan vəkil Fariz Namazlıya görə, bu cür addım gələcəkdə ölkədə yeyinti hallarının artmasına səbəb ola bilər:

“Dünən Bakı Apellyasiya Məhkəməsində verilən qərar onu göstərir ki, dövlətin küllü miqdarda əmlakını mənimsəyənlərə yanaşma digər şəxslərə münasibətdən fərqlidir. Məsələn, vətəndaşların pulunu mənimsəyən, milyonlarla pul vəsaitini ələ keçirən şəxslərə 10 ildən yuxarı cəza verilir, çox nadir hallarda  minimum cəzadan da aşağı cəza verilir. Amma külli miqdarda dövlət əmlakını mənimsəyən vəzifəli şəxslərə isə daha yüngül cəza verilir. Bu da gələcəkdə analoji ittihamlarla həbs edilən şəxslərdə arxayınlıq yaradır və beləcə dövlət qurumlarında külli miqdarda yeyintilər baş verir. Ona görə də, bu kimi hallarda ayrı-seçkiliyin olması digər işlər üzrə həbs olunan şəxslərə münasibətdə ədalətsizliyə yol açır və onların hüquqlarını pozur”.


Xəyal Bəşirov: “Hökmün ləğv olunması, eyni zamanda cəzaların yüngülləşdirici istiqamətdə dəyişdirilməsi üçün  ciddi əsaslar olmalıdır”.


Məlum proseslə bağlı ədalətli qərarın veriləcəyinə inanan vəkil Xəyal Bəşirovun fikrincə,  cəzada dəyişiklik olursa, bunun əsaslı səbəbi mütləq şəkildə bildirilməlidir:

“Mən işin detalları ilə yaxından tanış deyiləm və orada gedən prosesləri hamı kimi sadəcə mətbuatdan və kütləvi informasiya vasitələrindən izləyirəm. Oxuduğum məlumata görə, qeyd etdiyiniz şəxslərin cəzaları Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə yüngülləşdirilib. 

Qanuna görə, Ağır Cinayətlər Məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin özünün və ya müdafiəçisinin apellyasiya şikayəti vermək hüququ var və qeyd etdiyiniz işlə bağlı təqsirləndirilən şəxslər bu hüquqlarından istifadə ediblər. Cinayət Qanunvericiliyinə əsasən 1-ci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi apellyasiya məhkəməsinin səlahiyyətlərindən biridir. Ancaq hökmün ləğv olunması, eyni zamanda cəzaların yüngülləşdirici istiqamətdə dəyişdirilməsi üçün  ciddi əsaslar olmalıdır və apellyasiya instansiyasında işə baxan hakim bunu özünün yekun qərarında əsaslandırmalıdır. 

Qeyd olunan qərarla tanış olmadığıma görə, dəqiq fikir bildirə bilmərəm. Ancaq bir vəkil kimi onu da qeyd edim ki, bu da hələ son demək deyil, çünki apellyasiya məhkəməsinin qərarından və ya hökmündən şikayət verilməsi də qanunla nəzərdə tutulub. Belə ki, cinayət prosessual qanunvericiliyə əsasən apellyasiya məhkəməsinin hökm və qərarlarından müdafiə tərəfinin kassasiya şikayəti, ittihamçı prokurorun isə kassasiya protesti qaydasında Ali Məhkəmənin Cinayət Kollegiyasına şikayət vermək hüquqları var. 

Ali Məhkəməyə şikayət və ya protest  veriləcəyi təqdirdə Bakı Apellyasiya Məhkəməsinin məlum qərarının dəyişdirilməsinin mümkünlüyünü nəzərə almaq lazımdır. Mən də bu prosesin yekununda tam ədalətli bir qərarın veriləcəyinə, təqsiri olan şəxslərin layiqli cəzalarını, təqsiri olmayanların isə bəraət alacaqlarına inanıram”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar