Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizim üçün söz azadlığı çox vacibdir” – Müsahibə



Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas Turan agentliyinə müsahibəsində Bakı ilə imzalanacaq sazişlə bağlı danışıqların gedişatı haqqında danışıb


PİA.AZ müsahibəni oxucularına təqdim edir:

Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın hazırki səviyyəsini necə qiymətləndirirsiniz? Qarşılıqlı münasibətlərdə anlaşılmazlıq və ya problemlər var? Onları necə aradan qaldırmaq olar?

– Hazırda münasibətlərimizin səviyyəsi çox yaxşıdır. Mən bu gün səhər (fevralın 11-də – Turan) ötən cümə Brüsseldə keçirilən Əməkdaşlıq Şurasının növbəti iclasından qayıtmışam. Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov, Aİ-ni Ali Komissar Federika Mogerini təmsil edirdi. Bu, Aİ-Azərbaycan Əməkdaşlıq Şurası çərçivəsində sayca 15-ci görüşdür. Bundan əvvəlki iclas 2013-cü ildə keçirilib. Tərəflər arasında dialoqda belə bir fasilə yaranıb, baxmayaraq ki, görüşlər hər il keçirilməli idi.

Şadam ki, Şuranın iclası baş tutub. Bir sıra mühüm məsələlər müzakirə olunub. Regionda vəziyyət haqqında fikir mübadiləsi aparılıb, aktual olan bir sıra istiqamətlər üzrə tərəfdaşlıq səviyyəsi müzakirə olunub. Aİ-nin energetika üzrə komissarı Maroş Şevçeviç Bakıya, bu həftə, fevralın 15-də keçiriləcək Cənub Qaz Dəhlizi üzrə nazirlərin konfransına gələcək. Onunla birlikdə Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Xudak da gələcək. AİB ötən həftə Azərbaycan hökumətinə TAP layihəsi çərçivəsində boru kəməri çəkilməsi üçün növbəti krediti ayırıb.

Ötən həftə Aİ-nin nəqliyyat məsələləri üzrə yüksək səviyyəli nümayəndələri Bakıda olublar. Bu sahənin bütün strukturu – dəniz, dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üzrə ətraflı danışıqlar aparılıb. Azərbaycan nəqliyyat qovşağı formalaşdırır və Aİ Asiya regionundan Avropaya Cənubi Qafqaz vasitəsilə yük daşınmasında maraqlıdır. Ortaq aviasiya məkanının yaradılması aviasiya bazarlarının açılmasına və inteqrasiyasına yönəlib, bu, istehlakçılar və operatorlar üçün yeni imkanlara, ən əsası, uçuşların təhlükəsizliyi, həmçinin hava əlaqəsinin idarə edilməsi nöqteyi-nəzərdən yüksək standartlara gətirib çıxaracaq.

Bu il Aİ-nin Azərbaycan rəhbərliyi ilə nəqliyyat layihələri üzrə, habelə təhlükəsizlik məsələləri ilə bağlı dialoq aparacağı barədə razılıq əldə olunub. Bakı və Brüssel arasında tərəfdaşlığın geniş istiqamətləri dairəsi üzrə belə intensiv görüşlər qarşılıqlı münasibətləri daha yüksək səviyyəyə qaldırır.

– Tərəflər arasında təhlükəsizlik məsələləri üzrə müzakirələr nə vaxt olacaq?

– Dəqiq tarix verə bilmərəm. İlk növbədə, gündəliyi və planlaşdırılan görüşün tarixini müəyyən etmək lazımdır.

Məmmədyarov və Mogerini görüşünün iqtisadi və ticari aspektləri haqqında danışdınız. Bəs danışıqların siyasi bloku?

– Əməkdaşlıq Şurasının iclasında Qarabağ münaqişəsinin nizamlanması prosesinə, habelə demokratiya, qanunun aliliyi və insan hüquqları məsələlərinə toxunulub.

– Yəni Azərbaycanda insan hüquqlarının müdafiəsi, siyasi məhbuslar, jurnalistlərin təqibi ilə bağlı vəziyyət müzakirə olunub?

– Deyə bilərəm ki, bu mövzularda da açıq dialoq olub. Aİ üçün demokratiya, söz azadlığı sahəsində əsas prinsiplər mövcuddur, onlar çox vacibdir və biz onlara xüsusi diqqət yetiririk. Çətinlikləri dəf etmək və irəli getmək lazımdır.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar