Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir həftədən sonra nə etdiyimizi hamı görəcək” - Ərdoğan


“Fərat qalxanı” (“Fırat kalkanı”) əməliyyatları ilə terrorçuların Suriyada istifadə etdikləri dəhlizi tam ortasından iki yerə böldük və onları çökdürdük”


“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın Elazığ təşkilatının konfransında deyib.

O qeyd edib ki, terrorçuları bir gecədə gözlənilmədən vurublar: “Suriyanın İdlib bölgəsində apardığımız əməliyyatlarla bu dəhlizin qərb qanadını çökdürürük. Afrindəki terrorçular təslim olmasalar oranı başlarına uçurdacağıq. Münbiçdə bizə verilən sözlər yerinə yetirilməsə, problemimizi özümüz həll edəcəyik. Heç bir terrorçu qalmayana qədər mübarizəmizi davam etdirəcəyik. Bir həftədən sonra nə etdiyimizi hamı görəcək”.

R.T.Ərdoğan bildirib ki, Türkiyə ordusu dünən Suriyanın Cerablus bölgəsindən Əl Baba qədər olan hissədə 3 min İŞİD terrorçusunu məhv edib: “Sabah lazım olarsa, 3 min terrorçunu da məhv edəcəyik. Bu mübarizədə bizə qarşı çıxanlar dönüb özlərinə bir nəzər yetirsinlər. Bu dövlətin kiçik bir daş parçasını, millətin yeganə övladını kimsəyə qurban verəsi deyilik”.

Türkiyə prezidenti ölkəsinin müttəfiqlərinə müraciət edib: “Suriyadakı terror təşkilatlarını dəstəkləyən müttəfiqlərimizi sınamağa davam edirəm. ABŞ Suriyada terror təşkilatlarına 4 min 900 TIR silah-sursat göndərib. Biz bunları bilirik, belə müttəfiq olmaz. Eyni zamanda təyyarə dolusu 2 min silahın qaçaq formada istifadə olunan müxtəlif hava limanlarına enərək terror təşkilatlarına verdiklərini bilirik. Onların verdikləri silahların bir hissəsi qara bazarda satılmağa başlayıb. Bir qismi də bizə qarşı istifadə olunur. Bölgədəki siyasətimizi ABŞ-la birlikdə həyata keçirmək istəyirik. Bu, birtərəfli qaydada olmaz. İlanla bir yerdə olan bunun ağır nəticələrini qəbul etməlidir. ABŞ ilan yuvasına girməkdə bu qədər israr edirsə, bunu özü bilər”.

Türkiyə Prezidenti vurğulayıb ki, bugünə qədər rəsmi Ankaraya verdikləri sözləri yalan çıxan ölkələrlə birlikdə Suriyada görə biləcəkləri iş qalmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar