Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Beynəlxalq ictimaiyyət, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”

Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


XİN-dən verilən məlumata görə, İ.Brayoviç səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib.
 
İ. Brayoviç Azərbaycanın son illərdə artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçirilməsinin önəmini vurğulayıb və sessiya çərçivəsində keçirilmiş məhsuldar müzakirələrin dialoq və əməkdaşlığın inkişafına əsaslı töhfə verəcəyinə əminliyini ifadə edib.
 
Görüşdə Azərbaycanla Monteneqro arasında dostluq əlaqələrinin konstruktiv dialoq və anlaşma mühitində yüksələn xəttlə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bu xüsusda, iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə baxışlarının üst-üstə düşdüyü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi bildirilərək Monteneqronun Avro-Atlantik təsisatlarda Azərbaycanın etibarlı tərəfdaşı olduğu diqqətə çatdırılıb. Monteneqronun Azərbaycanın Expo 2025 namizədliyinin dəstəkləməsinin təqdir olunduğu nəzərə çatdırılıb.
 
Azərbaycan və Monteneqro arasında dostluğun inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğu qeyd olunub. Hər iki ölkənin parlament nümayəndə heyətlərinin Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulanıb.
 
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.
 
Monteneqro parlamentinin spikeri ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Minsk qrupu çərçivəsində həllinin tərəfdarı olduğunu deyib.
 
E. Məmmədyarov Monteneqronun münaqişənin həllinə dair bu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. O, bütün beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini diqqətə çatdırıb.
 
Görüşdə iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunulub. E. Məmmədyarov qonağa Cənub Qaz Dəhlizinin inkişafı, TANAP və TAP layihələri haqqında məlumat verib və bu əsnada Monteneqro ilə əməkdaşlıq məsələlərinə nəzər salıb.
 
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə ətrafında müzakirələr aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar