Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir”


EADaily.com, 13.06.2018


Ermənistan Demokrat Partiyasının lideri Aram Sərkisyanın Azərbaycan ordusunun bu yaxınlarda Naxçıvandakı uğurlu hərbi əməliyyatlarıyla bağlı müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

-Cənab Sərkisyan, son müsahibələrinizdən birində xəbərdarlıq edibsiniz ki, təkcə Ermənistan hökuməti deyil, həm də bölgə oyunçuları Naxçıvana və Türkiyənin orada güclənməsinə daha böyük diqqət ayırmalıdır. Son aylarda Ermənistanın Azərbaycanla sərhədinin Naxçıvan sahəsi boyunca gərginliyin artması müşahidə olunur. Fikrinizcə, bu durum Türkiyədə qarşıdakı seçkilərlə bağlıdır, yoxsa uzağa gedən planlarla Azərbaycan-Türkiyə tandeminin güclənməsini göstərir?

-Bu məsələdə peyğəmbərlik etmək istəməzdim, amma bu başdan çox təhlükəli inkişaf görürəm. Tamamilə aydındır ki, Azərbaycan və Türkiyə var güclərilə və mümkün üsullarla türk dünyasını formalaşdırmaq “həzzində əriməyə” çalışır. Həm də onları buna təhrik edən amillər də maraqlıdır. Təəssüf ki, dünya qütbləşmə yoluyla gedir. ABŞ başqa ölkələri öz iradəsinə tabe etməyə səy göstərir və buna razılaşanlara hansısa imtiyazlar vəd edir. Avropa göstərir ki, tabe olmaq və öz suverenliyindən keçmək istəmir. Hətta Kanada da ABŞ-ın satelliti olmaq istəməyərək özünü dartır. Bu durumda başqa bir blok yaranır – Rusiya, Çin, Hindistan, Pakistan, BRHÇC ölkələri və s. Bütün bunlar isə barışığa deyil, bu gün qeydə aldığımız çox mühüm amil olan qasrşıdurmaya aparır. Və türk ideoloqları bu şəraitdə türk dünyasının birləşməsini nəzərdə tutan yeni osmançılıq ideyasını dirçəldiblər. Təsadüfi deyil ki, prezident Ərdoğan bu günlərdə Lozanna sülhünün (1923-cü il) şərtlərinə etiraz etmək qərarına gələrək iddia edir ki, Osmanlı imperiyası dağılandan sonra Türkiyə “böyük ərazilər itirib. Azərbaycan və Türkiyə indiki mərhələdə özlərinin bölgəsəl dəyərlərini təsdiq etməyə çalışır. Türkiyə Şimali Kipri asanlıqla “həzm edib”. İndi Suriyanın Afrin bölgəsini götürüb, İraq Kürdüstanının şimalında müəyyən fəaliyyətə başlayıb. Və bu başqa addımlarla yanaşı onun ekspansiya siyasətinə işarə edir.

Naxçıvana gəlincə, qeyd etmək olar ki, bir neçə ay öncə səsləndirilmiş əndişə bu gün baş tutmuş faktdır. Azərbaycanın bu ərazidə Əlahiddə Ümumqoşun Ordusu var. Söhbət Azərbaycan SQ-nin 20-40 min hərbçisindən gedir. Naxçıvanda həmçinin Türkiyənin çoxminlik ekspedisiya korpusu durur və silahları müdafiə deyil, müasir zərbə  sistemləridir. İndi sual: onların başqa məqsədləri yoxdursa, bu qədər təsirlıi hərbi gücün saxlanmasına belə böyük xərclər nəyin naminədir? Aydındır ki, hansısa məqsəd var. Və qanunsuz şəkildə (1923-cü il Qars müqaviləsi nəzərdə tutulur-red.) Azərbaycanın protektoratı altına verilən ərazini Ermənistanın özünə qaytarmağa hazırlaşdığını təsəvvür etmək qeyri-realdır. Ermənistanın bu cür sahədə tən gələsi şəxsi heyət və hərbi texnika cəmləyə biləcəyini də təsəvvür etmək real deyil. Tamamilə anlaşılan səbəblərə görə.

-Onda Azərbaycan-Türkiyə tandeminin hansı məqsədləri var? Və onun güclənməsi qonşu İranın maraqlarına necə təsir edir?

-Aydındır ki, tam birbaşa şəkildə təsir edir. İrana münasibətdə ciddi sanksiya tədbirləri görülsə və bu ölkədə daxili durum kəskinləşsə, Azərbaycan belə fars-majordan faydalanacaq və bu məsələnin dinc həlli yoxdur və olmayacaq iddiasıyla Qarabağ boyu hərbi əməliyyatlara başlayacaq.

Yeri gəlmişkən, qeyd etməyə məcburam ki, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi tam dalana girib, çünki Bakının irəli sürdüyü iddia və tələblərin icrası, sadəcə, mümkünsüzdür. Sonra, Bakı üçün danışıqlar prosesi birinci yerdə deyil və onlar (Türkiyə və Azərbaycan-EADaily) öz ittifaqlarını ərazi planında rəsmiləşdirməyə hazırlaşırlarsa, bunu edəcəklər.

Azərbaycan həmişə bildirib ki, Dağlıq Qarabağ onun ərazisidir və onun tərkibinə qayıtmalıdır. Həm də Ermənistanın özü ərazi iddialarına malikdir – Getaşen, Martuni və Artsaxın (mətində bu cürdür-red.) başqa rayonları Azərbaycanın tərkibində qalsın. Belə ki, İrəvan sakitcə məsələ qaldıra bilər ki, Naxçıvan üzrə 1921-ci il Qars və Moskva müqavilələri tamamilə pozulub…

Bundan savayı, Azərbaycan-Türkiyə tandemi Naxçıvanı Bakı-Tiflis-Qars dəmiryoluna və ardınca Avropaya çıxmaqla Türkiyənin dərinliklərilə birləşdirəcək dəmiryolunun açılışı haqda bildirib. Aydındır ki, Bakı və Ankara bu ərazini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir. Və hətta təxmin etmək olar ki, müharibənin başlanmasıyla bağlı gözləntilər artdıqca orada əhali azalmağa başlayacaq.

-Lakin bu, təkcə Ermənistanın deyil, bütün bölgənin təhlükəsizlik  problemidir. Bununla belə, Ermənistan öz təhlükəsizliyini təmin etmək üçün nə etməlidir?

-Şübhəsiz, İrəvan uyğun tədbirlər görməlidir. Bundan başqa, Ermənistan öz müdafiəsini möhkəmlətməli və sərhədlərinin təhlükəsizliyini gücləndirməlidir, söhbət Ermənistan Respublikasının ərazisindən getdiyindən KTMT-nin durumun mənfi inkişafına diqqət yetirməsi və bu cür addımların nəticələri haqda Türkiyəyə xəbərdarlıq etməyinə nail olmaq gərəkdir. Hətta Ermənistan Minsk Qrupunun da diqqətini buna cəlb etməlidir, çünki bu cür hadisələrin genişlənməsi İrəvanla Bakı arasında danışıqlar prosesinin tam pozulmasına gətirər. BMT də bu məsələdən qayğılanmalıdır. Düşünürəm ki, burada bölgədəki əsas oyunçu kimi Rusiya da, başağrısı uyğur problemi olan Çin də və İranla Avropa Birliyi də çox ciddi rol oynamalıdır.

–Ötən müsahibənizdə bildiribsiniz ki, Türkiyə-Azərbaycan tandemi təkcə KTMT üçün deyil, həm də AİB üçün ciddi başağrısı ola bilər və əgər bu ruhda davam edərsə, heç kim kənarda qalmayacaq.  

-Və mən öz əndişəmi təkrar edirəm. KTMT və AİB-də müxtəlifyönlü maraqlar və müxtəlif yanaşmalar var, amma bu təşkilatlarda baş rol Rusiyaya məxsus olduğundan cənub istiqamətində siyasəti birinci növbədə məhz o, müəyyən etməlidir. Çünki hətta daha çox Türkiyənin siyasəti ilə həmrəy olacaq Qazaxıstan və Qırğızıstan da təsəvvür etməlidir ki, bu bölgədə birdən bu cür hadisələr başlanarsa, bütünlükdə nə baş verə bilər… (strateq.az)

Söhbətləşdi Liya Xocoyan

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar