Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsi istifadəyə tam hazırdır” - Nazir


“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsi istifadəyə tam hazırdır. İlin əvvəlində bəzi çatışmazlıqlar var idi. Artıq onlar da aradan qaldırılıb və işlər başa çatdırılıb”


Bunu “Report”a Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çerkezeşvili bildirib.

“Biz Azərbaycanın birbaşa iştirakı, eləcə də Azərbaycan sərmayəsi hesabına bir sıra vacib layihələr həyata keçiririk. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də bunlardan biridir. Bu layihə bizə Avropaya birbaşa çıxışla yanaşı, iqtisadi artım, insanlarımıza rahatlıq gətirəcək. Bir sözlə, bu layihənin necə böyük əhəmiyyətə malik olduğunu yaxşı başa düşürük. Artıq Azərbaycanda və Gürcüstanda BTQ dəmir yolunun keçdiyi bütün yerlərdə lazım olan infrastruktur yaradılıb, kommunikasiya qovşaqları qurulub. BTQ-nin Azərbaycan və Gürcüstan hissəsi tam hazırdır. Türkiyə tərəfi də artıq işləri başa çatdırmaq üzrədir. Düşünürəm ki, bizə böyük dividentlər gətirəcək dəmir yolunu deyilən vaxtda istifadəyə verə biləcəyik”, - Giorgi Çerkezeşvili deyib.

Nazir müavininin sözlərinə görə, sentyabrın sonunda BTQ üzrə işçi qrupun növbəti görüşü keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar