Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell” Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mobil operatoru “Etisalat”la Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” arasında rouminq razılaşmasının ləğvindən məmnunluğunu ifadə edir


İKT.lent.az-ın xəbərinə görə, özünün uzunmüddətli rouminq partnyoru olan “Etisalat” şirkətinin “Karabakh Telecom”la əməkdaşlığa başlaması ilk günlərdən "Bakcell" şirkətini narahat edib.

Bununla bağlı şirkət rəhbərliyi tərəfindən dəfələrlə “Etisalat”a rəsmi məktubla müraciət edilib. Məktublarda qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu fakt beynəlxalq səviyyədə tanınır. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə əməkdaşlıq “Etisalat” şirkətinin beynəlxalq nüfuzuna böyük zərbədir və bu əməkdaşlıqdan əldə olunan gəlirlər qeyri-qanuni rejimin fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.

“Etisalat” mobil operatoru isə öz növbəsində “Karabakh Telecom”la əməkdaşlığını məhz “Karabakh Telecom”un Ermənistanda rəsmi qeydiyyatının olması ilə əsaslandırırdı. Lakin “Bakcell” qəti mövqe ortaya qoyaraq bildirib ki, “Etisalat” və “Karabakh Telecom”un əməkdaşlığının davam etməsi “Bakcell” ilə “Etisalat” arasındakı biznes münasibətlərinin birtərəfli şəkildə dayandırılması ilə nəticələnəcək. 

"Bakcell" şirkəti Azərbaycan Xarici İşlər Nazirliyinin bu istiqamətdə atdığı addımları yüksək dəyərləndirir və problemin həllində göstərdiyi səylərə görə dərin təşəkkürünü bildirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar