Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bağça və məktəblərdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır”


Bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisdə "Təhsil haqqında" qanunda dəyişikliklərin müzakirəsi zamanı deyib


Q.Paşayeva ötən gün sosial mediada özəl uşaq bağçasında-mərkəzində baş verən dəhşətli görüntülərin yayılması və bütün cəmiyyətdə, xüsusilə uşaqlarını bağçalara göndərən ailələr arasında ciddi narahatlıq yaranmasından danışaraq deyib: 

"Bu cür psixoloji vəziyyəti olan şəxslərin təhsil müəssisələrində çalışmalarına imkan verilməməlidir".

O, qanuna edilən yeni dəyişiklikdə təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması maddəsini dəstəkləyib: "Bu psixoloji xidmət tək uşaqlar üçün deyil, məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışanları da əhatə etməlidir. Məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında nevrozların, aqressiv halların, intihar meyilliyin artmasının qarşısını almaq və bu halların azalmasına nail olmaq üçün məktəbəqədər müəssisələrimizdə və məktəblərimizdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır. Bu qanuna edilən yeni dəyişikliyi dəstəkləyirik. Bu işin həyata keçirilməsi üçün peşəkar kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməlidir".

Millət vəkili valideynlərin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların məktəbə qəbul edilməsi və valideynlərin arzusu ilə təhsil müəssisəsinə xüsusi istedadlı uşaqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilməsi əlavəsini də dəstəklədiyini deyib və bu dəyişiklikliyin yüzlərlə ailənin narahatlığına son qoymaqla yanaşı, bununla bağlı ortaya çıxan subyektiv halların, xoşagəlməz halların aradan qaldırılmasına da kömək edəcəyini vurğulayıb.

Q.Paşayeva "olimpiada qalibləri və beynəlxalq səviyyədə akkreditə olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə testdən kənar, müsabiqədən kənar qəbul olunurlar" maddəsinin qanuna edilən əlavə və dəyişikliklərdə öz əksini tapmasının cəmiyyətdə birmənalı qarşılanmayacağını, bu halların subyektiv məqamlara yol aça biləcəyinə dair narahatlığa səbəb ola biləcəyini nəzərə alaraq, bu istiqamətdə daha geniş müzakirələrə ehtiyac olduğunu deyib.

Qanun layihəsində bir çox vacib məsələləri dəstəklədiyini deyən millət vəkili narahatlıq doğura biləcək halların olmamasının çox vacibliyini xüsusi vurğulayıb. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar