Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bacımın ailəsinin dağılmasını istəmirdim”


Yeznəsini və onun atasını öldürməyə cəhddə ittiham edilən şəxsin məhkəməsi keçirilib


Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən Tural Tufan oğlu Tarverdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, hadisə ötən ilin dekabr ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

Qəsəbə sakini Tural Tufan oğlu Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. T.Tarverdiyev həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılaraq Suraxanı rayon prokurorluğuna təhvil verilib. Təqsirləndirilən Tarverdiyev ittihamla özünü təqsirli bilməyib. Deyib ki, havaya atəş açsa da heç kimi öldürməyə cəhd etməyib.

O, söyləyib ki, hadisə yerinə gedəndə yeznəsini və onun atasını görməyib: "Mən onları görməmişəm. Onlar çölə çıxmadan mən atəş açmışam. Bunu etiraf edirəm. Mən onları istəsəydim, öldürə bilərdim. Bunun üçün imkanım var idi".

Hakimin suallarına cavab verən T.Tarverdiyev bacısının ailəsinin dağılmaması üçün bu əməli törətdiyini və yeznəsini qorxutmaq istədiyini bildirib.

Zərərçəkmiş şəxslər məhkəmədə iştirak etməyiblər. Hakim qeyd edib ki, tərəflər arasında barışıq əldə edilib.

Növbəti məhkəmə iclası iyulun 9-na təyin edilib.

Qeyd edək ki, T.Tarverdiyev Cinayət Məcəlləsinin 29.120-cü (adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar