Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“BMT sülhməramlıları təhlükəsizliyi təmin edə bilər”

Ukrayna ilə özü-özünü müstəqil elan edən “respublikalar” arasında sonuncu dəfə əsir mübadiləsi, demək olar ki, bir il bundan öncə baş tutub


Bir ildən artıqdır ki, Luqansk vilayətinin Zolotoe şəhərində mülki şəxslər üçün nəzarət-buraxılış məntəqəsinin açılması məqsədilə aparılan danışıqlar davam edir. 

Müqavimət yaratmalı olmayan humanitar məsələlərdə də kompromisin əldə edilməsi mümkün olmur.

Belə olan halda, təhlükəsizlik və Minsk razılaşması ilə nəzərdə tutulan siyasi addımlar haqqında necə razılığa gəlmək olar? Həlledici faktor BMT-nin sülhyaratma missiyasının Donbasda yerləşdirilməsi ola bilər. Son bir neçə ayda ABŞ və Normand formatı ölkələrinin vasitəçiliyilə Ukrayna və Rusiya arsaında məhz bu haqda danışıq gedir. Missiyanın mandatı Rusiyanın veto hüququna malik olduğu BMT Təhlükəsizlik Şurasında qəbul edilməlidi.

Birbaşa bu danışıqları aparan ABŞ prezidentinin Ukrayna məsələləri üzrə xüsusi təmsilçisi Kurt Volker “Qromadskoe”yə verdiyi eksklüziv müsahibəsində missiya haqqında danışıqların necə getməsi, Ukrayna və Rusiyanın hansı mövqelərdə olması və “mavi dəbilqəlilər”in real olaraq nəyə təsir edə biləcəkləri haqqında danışıb. Volker 27-28 oktyabr 2017-ci ildə Ukraynaya səfər edib, prezidentlə, xalq deputatları və hökumət nümayəndələrilə görüşüb.

– Mən indi ən çox həyəcanlandıran sualdan – BMT sülhyaratma missiyasının Donbasda yerləşdirilməsinin mümkünlüyündən başlayacam. Sual “qırmızı xətlər”ə toxunacaq. Ukrayna, Rusiya-Ukrayna sərhədi də daxil olmaqla, münaqişə zonası üzərində tam nəzarətin bərpası mövqeyində dayanır. Rusiya isə qəti olaraq bunun əleyhinədir. Yeri gəlmişkən, Putinin son bəyanatı məhz bu barədədir. Sizcə, Rusiyanı öz mövqeyini dəyişməyə nə məcbur edə bilər?

– Gəlin, “qırmızı xətlər” yerinə, effektlilikdən danışaq. Sülhyaratma missiyasının məqsədi sülhün mühafizəsi, təhlükəsiz şəraitin yaradılmasıdır. Əgər siz Putinin Valday forumundakı son bəyanatına qulaq asdınızsa, o dedi ki, “daha bir Serebrenitsaya”, onun dediyi kimi, daha bir qırğına yol vermək olmaz. Bu, eyni zamanda bütün münaqişə zonasını, o cümlədən sərhəddi əhatə edəcək sülhyaratma missiyasının nə üçün yaradılmasının səbəblərindən biridir. Ona görə ki, o, başqa cürə təhlükəsizliyə effektli nəzarət edə bilməz. 

Sülhməramlıların üç vəzifəni yerinə yetirmək imkanı olmalıdı: onlar yalnız təmas xəttinə deyil, bütün münaqişə zonasına tam nəzarət və orada sərbəst hərəkət edə bilməli; ağır silahların daimi dislokasiya yerlərinə çəkilməsini müşahidə edə bilməli və Rusiya-Ukrayna sərhəddinə nəzarət edə bilməlidir.

– Bizim artıq Minsk razılaşması kimi, sülh razılaşmamız var. Onun bir sıra maddələri var, birincisi atəşkəsi nəzərdə tutur. Lakin biz görürük ki, bu işləmir. Belə işləməyən razılaşmanın yerinə yetirilməsini sülhməramlılar necə təmin edəcəklər?

– “Minsk”in yerinə yetirilməsi üzrə problem ondan ibarətdir ki, tərəflər arasında inam yoxdur. Atəş kəsilmədi, buna görə də Ukrayna razılaşmanın digər maddələrinə doğru irəliləyə bilmədi – onun əraziyə girişi yoxdur, ora təhlükəlidir. Buna müqabil, rusiyalılar şikayətlənirlər ki, Ukrayna öz öhdəliklərini yerinə yetirməyibdir. Onlar narazıdırlar. Və proses ümumiyyətlə, irəli getmir. Sülhyaratma missiyasının ideyası "Öncə təhlükəsizlik, yoxsa siyasi addımlar?” dövri diskussiyanı dağıtmaqdır.

Beynəlxalq sülhyaratma missiyası sayəsində biz təhlükəsizliyi təmin edə, Minsk razılaşmasının digər şərtlərini yerinə yetirməyə başlaması üçün Ukraynaya zaman və məkan verə bilərik. Bu da öz növbəsində, Ukraynaya ərazilərini və suverenliyini geri almağa imkan verər.

– Sülhyaratma missiyasının işləməsi üçün xüsusilə sülh lazımdır, biz bunu anlayırıq. Hansı təminatlar var ki, atəş məhz siyasi səbəblər üzündən yenidən başlamayacaq?

– Aydındır ki, tərəflər bir-birinə etibar etmirlər. Lakin onlar BMT mandatı olan sülhməramlı qüvvələrə etibar etməyə başlaya bilərlər. Silahlı, mobil və zəruri say tərkibli olan bu missiya əraziyə nəzarət edə bilərdi və orada bir daha döyüşlər olmazdı. O, vəziyyəti normallaşdıra,  yerli seçklərə və əsirlərin geri qaytarılmasına təminat yarada bilər ki, bu da çox mühümdür. Əgər sülhməramlıları cəlb etmək mümkün olarsa, bütün bu məsələlərdə kömək etmək olar.

– Mən “Minsk”dən başladım, belə ki, sərhəd üzərində nəzarət məsələsi siyahının sonunda, digər – siyasi şərtlərin arasında durur. Rusiya sərhəd üzərində nəzarəti geri qaytarmağa hansısa siyasi addımlar atılmadan hazırdırmı?

– Problemin bir hissəsi də budur – Minsk razılaşması ardıcıl olaraq yerinə yetirilmir. Rusiya diqqəti özünün cəhd etdiyi və yerinə yetirilmədiyi təqdirdə, narazı qaldığı şeylərə cəlb edir. Lakin yerinə yetirilməyən digər şərtlər də vardır, məsələn, atəşin kəsilməsi və ağır silahların geri çəkilməsi. Məhz bu məsələdə ona ümid var ki, sülhyaratma missiyası öhdəliklərin yerinə yetirilməsi ardıcıllığı məsələsini həll edə və bütün şərtlərin yerinə yetirilməsinə imkan verən təhlükəsiz zona yarada bilər.

Bəli, siz haqlısınız, Rusiya Ukraynanın öz sərhədlərinə nəzarətini bərpa etməsinin mümkünlüyünü qəti olaraq rədd edir. Buna görə, ona ümid edirik ki, nəzarəti sülhməramlılar təmin edəcək və onlar vəziyyəti sabitləşdirə biləcəklər.

Mən deyə bilmərəm, Rusiya məhz nəyə razı olmayacaq. Məhz buna görə mən onlarla danışmalıyam. Məhz bunun üçün biz bütün bu ideyalar haqqında danışmalıyıq.

– Sülhyaratma missiyasının işə başlaması üçün hansı şərtlər lazımdır? Nə olmasa, o, işləyə bilməz? Bu, deyək ki, atəşin kəsilməsi ola bilərmi? Axı, əgər atəş davam edirsə, sülhməramlılar işləyə bilməz.

– Hər şey siyasi azadlıqdan başlayır. “Minsk”də bütün zəruri tərkib hissələri vardır. Onları, sadəcə olaraq, yerinə yetirmirlər. Bu, inamsızlıqla şərtlənən siyasi iradə məsələsidir. Biz bu azadlığı yaratmağa ümid edirik.

Biz BMT-nin sülhyaratma missiyası qətnaməsinin konsepsiyası üzərində işləyirik. Əgər onu bəyənəcəklərsə, həm Rusiya, həm də Ukrayna ona səs verəcək, çünki hər ikisi BMT TŞ-nin üzvüdür. Buna görə də bu, başqa vəziyyət olacaqdır.

– Anlaşma varmı, məhz hansı ölkələr missiyaya qoğulmağa hazırdır və onun sayı nə qədər olacaq?

– Hazırda bu barədə danışmaq hələ tezdir. Biz hələ missiyanın konkret mandatı haqqında razılığa gəlməmişik. Əgər biz razılaşacağıqsa, onda iştirakçıları və sayı müzakirə etməyə başlamaq olar.

– Özü-özünü müstəqil elan edən “DXR” və “LXR”-in bu prosesdə rolu nə olacaq? Onlar hansısa formada cəlb olunacaqmı? Rusiya onlara nəzarət edir, lakin sülhməramlıların daxil olmalı olduğu əraziyə girişə, formal olaraq, məhz onlar nəzarət edir.

– Düşünürəm ki, bu məsələdə hər şey aydındır: Minsk razılaşması Rusiya, Ukrayna və ATƏT arasında bağlanıb. İdeya – Ukraynanın bu ərazilər üzərində nəzarətini bərpa etmək, orada seçkilər keçirməkdir. Buna görə, qondarma respublikalara burada yer yoxdur.

– Sonuncu əsir mübadiləsindən, demək olar ki, bir il, Zolotoe şəhərində mülki şəxslər üçün buraxılış məntəqəsi açmağa cəhd edildiyi andansa, demək olar ki, ilyarım keçib. Biz görürük ki, hətta humanitar səviyyədə anlaşma və kompromis yoxdur. Nə üçün Siz hesab edirsiniz ki, belə mürəkkəb siyasi məsələdə anlaşmaya nail olmaq olar?

– Mən artıq dedim ki, bu siyasi iradə məsələsidir. Hər şey mümkündür, əgər onu istəyirsənsə. Əgər insanlar nəyisə etmirlərsə, deməli, onlar sadəcə olaraq, bunları etmək istəmirlər. Biz ona ümid edirik ki, ABŞ-ın daha geniş prosesə aktiv cəlb olunması və Rusiya ilə birbaşa danışıq aparması — bu məsələlər həll edilməyincə sanksiyaların götürülməyəcəyinə, Rusiya-ABŞ münasibətlərininsə yaxşılaşmayacağına aydın istinad edilərsə — vəziyyəti dəyişəcək.

Biz həmçinin ümid edirik ki, Rusiya davranışında strateji dəyişiklik edəcək. Əgər bu baş verəcəksə, o, “yaxşı, biz irəliləməyə hazırıq” deyəcəksə, çox şey dəyişəcək.

– Ukrayna hakimiyyəti çox mürəkkəb vəziyyətə düşüb. Minsk razılaşması, Donbasın xüsusi statusu haqqında qanun yalnız cəmiyyətdə qızğın reaksiyaya səbəb olmur, həmçinin zorakılığa da gətirib çıxara bilər – Konstitusiyaya dəyişikliklərlə bağlı səsvermə zamanı parlament yaxınlığında baş verən toqquşmalarda 4 milli qavardiyaçı həlak oldu. Hərbçilərin və onların ailələrinin, həmçinin müxalifətin reaksiyası çox sərtdir, prezident mürəkkəb vəziyyətdədir. Siz “Minsk”in siyasi hissəsinin onun tərəfindən yerinə yetirilməsi hazırlığını görürsünüzmü? Axı, bu, Ukrayna cəmiyyəti üçün ən ağrılı olan məsələlərdən biridir.

– Mən durumu gözəl anlayıram. Mən həmçinin ABŞ adından bütün öz vətənlərini müdafiə edərkən həyatını qurban verənlərin ailələrinə başsağlığı verirəm. Durum bu dərəcəyədək kəskinləşməməli idi. Ancaq onlar öz missiyalarını yerinə yetirdilər, vətəni qorudular. Mən Kiyevdə çoxlu deputatla görüşdüm və deməliyəm ki, burada – “Minsk”in heç bir zaman yerinə yetirilməyəcəyindən tutmuş, bunun irəli getməyə imkan verən, yeganə yol olmasınadək – çox müxtəlif fikir və yanaşmalar hökm sürür.

Prezidentlə, hökumət və xalq deputatları ilə danışıqlar zamanı mən gördüm ki, ümumi bir anlayış var: Ukrayna bu ərazilər üzərində nəzarətini bərpa etməlidir. Və “Minsk” mümkün olan – əlçatan yeganə yoldur. Əgər şərtləri hər iki tərəf də yerinə yetirərsə, Ukrayna suverenliyini bərpa edər, elə son məqsəd də budur. Buna görə də mən hesab edirəm ki, irəliləyiş üçün hazırlıq vardır. Bəli, bu çətindir, ərazilər hələ də işğal altındadır, atəş kəsilməyib, prosesi sürətləndirmək üçün Rusiya tərəfdən hər hansı bir qarşı hərəkət yoxdur. Ümid edirəm, biz Rusiya tərəfdən hərəkətə nail ola bilərik. Onda bu, durumu dəyişəcək və Ukraynanın “Minsk” çərçivəsində qəbul etməli olduğu mürəkkəb, çətin qərarlar üçün şərait yaradacaqdır.

– Ukrayna öncə təhlükəsizliyi qeyd edir. Buna görəmi, sülhməramlılar məhz o təhlükəsizlik amili olmalı və “Minsk”in işləməyən o müdafiə maddələrini əvəz etməlidi?

– Əvəz etməkdən daha çox, onları yerinə yetirməyə məcbur etməlidi. Bunu yalnız Ukrayna qeyd etmir, bu, obyektiv reallıq məsələsidir – əgər təhlükəsizlik yoxdursa, digər şətlərə keçmək mümkün deyil. Buna görə, məhz bunu sülhməramlılar etməlidirlər.

– Siz danışıq iştirakçısı olan ölkələr arasında çoxlu səfərlər edirsiniz, administrasiyalarla danışırsınız. Əgər hazırlıq həqiqətən varsa, Ukrayna, təbii ki, həm də Rusiya ilk olaraq hansı addımları atmalıdı?

– Öncə tərəflər razılaşmalıdırlar ki, mandatı da missiya müəyyənləşdirəcək. Sonra onun başlaması üçün mexanizmləri həyata keçirməlidirlər. Sülhməramlıların gəlməsi üçün Rusiya öz qüvvələrini çıxarmalıdı. Ukrayna tərəfi BMT ilə koordinasiya etməlidi. Paralel olaraq, biz seçkiləri necə təşkil etmək, hərəkətlərin ardıcıllığını necə razılaşdırmaq haqında fikirləşməliyik. Lakin öncə, baza məsələləri razılaşdırılmalıdı.

– Missiyanın statusu burada nə dərəcədə həlledicidir? Axı, ATƏT artıq belə də işləyir.

– Xatırlatmaq lazımdır ki, ATƏT-in mandatı hər hansı bir məcburedici hərəkəti nəzərdə tutmur. Onlar (nümayəndələr) silahsızdırlar, sayca azdırlar, onların bütün əraziyə, həmçinin daimi əsasda sərhəddə girişi, ağır silahlardan istifadə etmək səlahiyyətləri yoxdur, yalnız müşahidə apara bilərlər. BMT sülhyaratma missiyası silahlı olacaq, o, sülhü təmin edə biləcək, bu da öz növbəsində Minsk razılaşmasının digər məsələlərində irəliləməyə imkan verəcəkdir.(Tərcümə Strateq.az-ındır)
 
Anqelina Karyakina

“Qromadskoe”, Ukrayna

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar