Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“BMT Azərbaycana yardım göstərməyə hazırdır”


“BMT Azərbaycana dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yardım göstərməyə hazırdır”


Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə konfransda çıxışı zamanı deyib.

O bildirib ki, BMT Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.

Q.İshaqzainin sözlərinə görə, dayanıqlı inkişaf məqsədləri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün dövlət qurumları özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə çalışmalıdır.

Rezident əlaqələndirici qeyd edib ki, fərdi və ümumi ehtiyac və imkanlardan daha yaxşı xəbərdar olan yerli icmalar və iştirakçılar 2030-cu il gündəliyinin icrasında ən yaxşı tərəfdaşdırlar.

Q.İshaqzai bildirib ki, dayanıqlı inkişaf məqsədlərinin üzrə məlumatların təmin edilməsi üçün milli mexanizmlər daha da inkişaf etdirilməlidir, qadınlarla, zəif təbəqələrlə daha çox iş görülməlidir.

BMT-nin Azərbaycandakı nümayəndəliyi və Dayanıqlı İnkişaf üçün Milli Əlaqələndirmə Şurasının təşkil etdiyi konfransın məqsədi dayanıqlı inkişaf məqsədləri, hədəflər və göstəricilərin prioritetləşdirilməsi və onların yerli şəraitə uyğunlaşdırılmasında Azərbaycanın səylərini dəstəkləməkdir.

Konfrans Azərbaycanın 2019-cu ildə BMT-nin Yüksək Səviyyəli Forumuna könüllü milli hesabatın hazırlanmasına töhfə verəcək.

Üç gün davam edəcək konfransda iştirakçılar Azərbaycan üçün dayanıqlı inkişaf məqsədlərinin sürətləndirilməsi platformaları, dayanıqlı inkişaf məqsədləri üzrə məlumatların təmin edilməsi üçün milli mexanizmlər, dayanıqlı inkişaf məqsədlərinin gender məsələlərinə diqqət yetirməklə həyata keçirilməsi məsələləri müzakirə edəcək. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar