Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərenerji” bu gün baş vermiş enerji fasiləsinin səbəblərini açıqladı


“Azərenerji” ASC bu gün ölkə ərazisinin bir hissəsində yaranmış enerji fasiləsi ilə əlaqədar məlumat yayıb


Məlumatda bildirilib ki, iyul ayının 12-də saat 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi və eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib.

Məlumatda qeyd olunub ki, "Azərenerji" ASC-nin Mərkəzi Dispetçer İdarəsinə daxil olmuş məlumat əsasında, "Azərbaycan" İES və Mingəçevir SES-nə Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli, 220 kV-luq Qəbələ, 220-KV-luq Ağsu və 330 kV-luq 1-ci Abşeron hava xətləri yanğına məruz qaldığı üçün baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.

"Digər 500 kV-luq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş verib və  xəttin mühafizəsi tərəfindən dövrədən ayılıb. Yüksək gərginlikli  220-500 kV-luq hava xətlərin altında törədilmiş hər hansı bir yanğının (onun istər başlanğıcı istərsə də inkişafı dövründə) nəticəsində hava xəttinin məftilləri ilə yer arasındakı hava izoliyasiyasının elektrik möhkəmliyini kəskin dərəcədə azalır. Havanın temperaturunu və yanğın nəticəsində əmələ gəlmiş  tüstünün tərkibini nəzərə alsaq, ərazidən keçən xəttin izoliyasiyasının elektrik möhkəmliyinin tədricən aşağı düşməsi, məftillə yer arasında qısaqapanmaya gətirib çıxarır. Yanğından baş verən qisaqapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən vurulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümükünsüz olur. Beləliklə, yanğın nəticəsində əsas güc ötürücü xətlərinin dövrəyə qoşulması mümkün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlükə yaradır. Yüksək gərginlikli hava elektrik veriliş xətlərinin altında törədilmiş yanğın nəticəsində sistemin dayanıqlığının qorunub saxlanılması üçün “Azərenerji” ASC tərəfindən lazımi tədbirlər görülür", - deyə məlumatda vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar