Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanla silahlanma qovğasından çıxmaq və populizmlə məşğul olmamaq lazımdır”



rosbalt.ru, 27.06.2018


Ermənistanda sanki “məxməri inqilab” davam edir. Siyasətçi və ictimai xadim, “Yeni Ermənistan” partiyasının sədri, yaxın keçmişdə isə “Rosreyestr”də və “Rosimuşestvo”da rəhbər vəzifələr tutmuş, “AİB-in gənc alimləri” təşkilatına başçılıq edən Boris Avakyanın ölkədə əslində nə baş verdiyi haqda Rusiya nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.


-Ermənistan KİV-ləri, az qala, hər gün keçmiş hakim elita üzvlərinin həbsi haqda məlumat verir. Düzdür, birinci şəxslərə hələlik çatmayıblar. Ümumiyyətlə, orada nə baş verir? Bu, korrupsiya ilə mübarizədir, hakimiyyət bölgüsüdür, yoxsa adi qisasdır?

-Son bir ayda xüsusən də general Manvel Qriqoryan həbs olunub, o, Respublika Partiyasından deputat, “Yerkrapa” Könüllülər Birliyinin rəhbəridir. Oğlu Eçmiədzinin meriydi və atasının həbsindən sonra vəzifədən gedib. Lakin ona da ittiham elan edilib. General Qriqoryanın arvadı da tutulub, onun evi və bağ evi axtarılarkən isə çoxlu “Əsgər payı” ət konservi, corab, siqaret, əlcək və Müdafiə Nazirliyinin anbarlarından oğurlanmış başqa mallar tapılıb. Mənim fikrimcə, faktiki olaraq Eçmiədzin şəhərini “qəsb edən” və orada feodal kimi hökm sürən general Qriqoryan kimi ünsürün zərərsizləşdirilməsi düzgün qərardır və mən bunu bütünlüklə dəstəkləyirəm.

-Axı o, tək deyil?

-Bu günlərdə Ermənistanın keçmiş prezidentinin qardaşı Aleksandr Sərksiyan və Serj Sərkisyanın mühafizəsinin keçmiş rəisi, ehtiyatda olan general-mayor Vaçaqan Qazaryan həbs edilib. Onu pul götürdüyü banklar üzrə “turne” prosesində həbs ediblər – onda milyardlarla dram tapılıb. Qazaryana ER CM 301.1 maddəsi – qanunsuz varlanma üzrə ittiham elan edilib.

-Xülasə, əliəyri məmurları ovlayırlar?

-Hüquq-mühafizə qurumları ölkənin daxili həyatında intizam yaradır. Onlar bu gün buna görə fiziki imkan həddində çalışır, mən bunu ağızdan-ağıza eşitməmişəm. Heç kimə sirr deyil ki, Vaçaqan Qazaryan vergi və gömrük kimi xidmətlərin daxil olduğu Dövlət Gəlirləri Komitəsinə tam nəzarət edirdi, habelə Ermənistan Mərkəzi Bankına böyük təsiri var idi. Hər şeydən göründüyü üzrə, hazırda o, kölgə biznes-sxemlərə etdiyi qəyyumluğun nəticəsində əldə edilən pul vəsaitini ölkədən çıxarmağa cəhd edib.

Qazaryanda tapılan məbləğin həcmi məni qətiyyən təəccübləndirmir. Hətta onun oğlu mənimlə tanış olanda (özü də şahidlərin yanında!) danışırdı ki, silah ticarətilə məşğul olur və Serj Sərkisyandan sonra Ermənistanın növbəti prezidenti olmağa hazırlaşır. Vaçaqan Qazaryanın oğlunun iddiaları səviyyəsindən çıxış edərək onun özünün iddiaları haqda rəy tərtib etmək mümkündür.

-Saxlanma və həbslər korrupsiyanın öhdəsindən gəlməyə və ya heç olmasa, miqyasını kiçiltməyə imkan verəcəkmi?

-Bilirsiniz, mən  populizm həvəskarı deyiləm, korrupsiya iqtisadi hadisədir və dünyanın bütün ölkələrində bu və ya digər dərəcədə var. Hesab edirəm ki, korrupsiyanın səviyyəsini gerçəkdən azlatmaqda təkcə həbslər azdır. Dövlət qulluqçularının, hüquq-mühafizə əməkdaşlarının  maaşını yüksəltmək lazımdır. Hökmən soruşacaqsınız ki, bunu tez necə edək və vəsaiti haradan götürək?

-Bəli, axı Ermənistan, yumşaq deyilsə, varlı ölkə deyil.

-Dövlət gəlirlərini artırmaq və Müdafiə Nazirliyinin xərclərini azaltmaq gərəkdir. Ermənistan öz büdcəsinin 30%-ə qədərini uzun illər boyu buna sərf edib. Bu, ölkəni var-yoxdan çıxardıb, amma Dağlıq Qarabağdan çıxan iki prezident üçün əlverişliydi. Amma, məsələn, bax, həm ərazicə, həm də əhalicə Ermənistanla tutuşdurula biləcək üç Baltikyanı respublika ÜDM-in cəmi iki faizini müdafiəyə xərcləyir.

-Durumu dəyişdirməkdən ötrü daha nə etmək lazımdır?

-Çox işləmək, vəsaitləri effektsiz layihələrə itirməmək, Azərbaycanla silahlanma qovğasından çıxmaq və populizmlə məşğul olmamaq   lazımdır. Şəxsi fantaziya və utopiyalardan deyil, gerçəkliklərdən çıxış edərək yaşamaq gərəkdir.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar