Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı çox azdır”

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu Rusiya və Ermənistanın KTMT məkanında birgə qruplaşmalar da daxil olmaqla müdafiə səylərini əlaqələndirmələrinin təəccüblü olmadığını göstərir. Bu hər iki tərəfin marağındadır. Bu qruplaşma regional xarakterli obyektiv təhlükələrin qarşısını almağı nəzərdə tutur”


Bu sözləri “Eurasia Diary”ə müsahibəsində Rusiyanın siyasi və ictimai xadimi, Rusiya Federasiyasının İctimai Palatasının üzvü Georgi Fyodorov MoskvaYerevan arasında birgə ordunun yaradılması ilə bağlı sazişi şərh edərkən deyib.

 Onun sözlərinə görə, Qafqaz, Qara dəniz akvatoriyası -strateji sahələrdir. Ukraynadakı münaqişənin başlamasından sonra ABŞNATO ölkələri Qara dənizə  daha çox diqqət verib. Rusiya və Türkiyə arasında tərəfdaşlıq sazişlərinin bağlanmasına baxmayaraq, Ankara Moskvanın geosiyasi rəqibidir: “Türkiyə ilə Ermənistan arasında dostluq və ya tərəfdaşlıq adlandırıla bilməyən münasibətlər haqqında nə deyə bilərik? Mövcud şərait və ümumi geosiyasi vəziyyəti nəzərə alsaq, bu qruplaşma məntiqi həll variantıdır”.

Fyodrov bununla yanaşı qeyd edib ki, belə qrup Qarabağ münaqişəsinə nəzərən yaradılmayacaq: “Dağlıq Qarabağda qruplaşma olmayacaq, çünki bu ErmənistanAzərbaycan üçün çox ağrılı bir sahədir. Rusiyada bu başa düşülür və bu bölgədə təhlükəli təxribatların yaranmasını istəmir”.

Ekspert bildirib ki, Azərbaycanla Ermənistan arasında müharibənin başlanması ehtimalı çox azdır: “Müharibə tərəflərin heç biri üçün sərfəli deyil çünki, potensial silahlı münaqişə regionda fəlakətli nəticələrə səbəb ola bilər. Bu həm İrəvan, həm də Bakı tərəfindən başa düşülür. Bununla yanaşı, nə Ermənistan, nə də Azərbaycan uzun sürən müharibə aparmağa imkan verəcək iqtisadiyyata malik deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar