Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda valyutaya ciddi ehtiyac bundan sonra yaranacaq” – Qubad İbadoğlu


İqtisadçı alim: “ABŞ-da dolların uçot dərəcəsinin qalxmasının Azərbaycan manatına psixoloji təsiri olacaq”


Azərbaycanda ciddi valyuta tələbatı avqust ayında başlayacaq və ilin sonuna qədər davam edəcək”.

Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu ötən gün keçirilən valyuta hərracında dolların məzənnəsinin qalxma səbəbini və bu gün ABŞ-da dolların uçot dərəcəsinin qalxmasının gözləntisi müqabilində Azərbaycan manatının taleyini PİA.AZ-a şərh edərkən deyib. 

Xəbər verdiyimiz kimi dünən Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7023 səviyyəsində formalaşdı. Bu gündən də həm “qara bazar”da, həm banklararası ticarətdə, həm də bank tablolarında ABŞ valyutası bahalaşıb. Yəni səhər saatlarında dolların alışı 1.6800 manatdan 1.6900 manata, satışı isə 1.6900 manatdan 1.7000 manata yüksəlib. "Qara bazar"dan verilən məlumata görə, buna ötən gün keçirilən valyuta hərracında dolların bahalaşması səbəb olub. Bu gün banklararası ticarətdə də dollar yenidən bahalaşıb. Ölkənin kommersiya bankları da valyutanın alış və satış qiymətlərinə dəyişiklik edib. Səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6910 manata, ən sərfəli satışı 1.6920 (dünən 1.6930 AZN) manata bərabərdir.

Hərracda dolların bahalaşması ölkədə çox ciddi valyuta tələbinin mövcudluğunun göstəricisi ola bilər? Həmçinin bu ABŞ-da dolların uçot dərəcəsinin qalxması da gözlənilir. Bunun manata təsiri ilə bağlı nə demək olar?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı tanınmış iqtisadçı alim Qubad İbadoğluna müraciət edib.


Qubad İbadoğlu: “Dolların uçot dərəcəsinin qalxmasının Azərbaycan manatına ciddi təsir edəcəyini demək mümkün deyil”.


İqtisadçı alim qeyd edib ki, ilin sonunda Azərbaycanda fəaliyyət göstərən şirkətlərin, bankların və bütövlükdə dövlətin özünün xarici öhtəliklərinin icrası zamanı çatacaq. Ölkədə ciddi valyuta tələbatının fotmalaşması da bu zamana təsadüf olacaq:

Azərbaycanda valyutaya ciddi ehtiyac bundan sonra yaranacaq. Düşünürəm ki, bu proses avqust ayında başlayacaq və ilin sonuna qədər davam edəcək. İndiki halda təbii ki, mövsümlə əlaqədar olaraq valyutaya tələbat artır. Xüsusilə nəzərə alsaq ki, məzuniyyət dövrü gəlir və məzuniyyət dövründə Azərbaycandan xaricə səfər edənlərin sayı artır, təbii ki, onların xüsusi ilə nağd valyutaya ehtiyaclarının artması bütövlükdə valyuta bazarında tələbatı yüksəldir. Amma onu da nəzərə almaq lazımdır ki, əvvəki illərlə müqayisədə indi xaricdə məzuniyyətlərini keçirənlərin sayı o qədər də çox deyil. 

Onu da nəzərə alsaq ki, artıq avqustun sonu sentyabrın əvvəlində yeni dərs ili başlayacaq və bununla əlaqədar olaraq da əsasən idxal mallarına tələbat artacaq. Eyni zamanda da ilin sonunda Azərbaycanda fəaliyyət göstərən şirkətlərin, bankların və bütövlükdə dövlətin özünün xarici öhtəliklərinin icrası zamanı çatacaq. Ölkədə ciddi valyuta tələbatının fotmalaşması da bu zamana təsadüf olacaq. Həm də ilin sonunda büdcənin əsas hissəsinin xərclənməsi də əlavə sərbəst manat kütləsinin bazara çıxmasına və manatın dəyişdirilməsi yönü ilə dollara tələbatın artmasına gətirib çıxardacaq. 

ABŞ-da dolların uçot dərəcəsinin qalxmasının Azərbaycan manatına psixoloji təsiri olacaq. Dolların uçot dərəcəsinin qalxmasının Azərbaycan manatına ciddi təsir edəcəyini demək mümkün deyil. Çünki mən düşünürəm ki, dolların uçot dərəcəsinin qalxmasının Azərbaycan manatına daha çox psixoloji təsirləri olacaq. Ola bilsin ki, bu psixoloji təsirlər o zaman güclü olsun ki, qonşu ölkələr, yəni Rusiyada, Türkiyədə milli valyutaların məzənnəsi dollara nisbətdə daha çox ucuzlaşsın”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar