Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan nəqliyyat infrastrukturunun inkişafı üçün çox böyük iş görüb”

"Bu cür mövzuları müzakirə etmək üçün Azərbaycandan daha yaxşı yer təsəvvür edə bimirəm"


"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində çıxış edən "BP-Azerbaijan" şirkətinin prezidenti Gəri Cons deyib.

Yeni "Əsrin müqaviləsi"nə toxunan BP rəsmisi mövcud nəqliyyat infrastrukturu haqqında da danışıb: "Azərbaycan hökuməti 10 ildə bütün nəqliyyat infrastrukturunun inkişafı üçün çox böyük işlər görüb. Xəzərdə 270 gəmidən ibarət donanma var, cənab prezidentin BMT tribunasında dediyi kimi, 6 hava limanı var. Həmçinin, gələn il yeni dəniz limanının açılışı gözlənilir".

Onun sözlərinə görə, 2006-cı ilin iyunundan 2017-ci ilin iyununa qədər Bakl-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 2,7 mlrd. barel yaxud 365 mln. ton neft ixrac edilib.

G.Cons Azərbaycanın inkişaf etməsi üçün 3 əsas üstünlüyə malik olduğunu deyib: "Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin ölkədir. Digər tərəfdən, Azərbaycanın coğrafi mövqeyi çox yaxşıdır. Bundan başqa, nəqliyyat və digər infrastruktura malikdir. Məhz bu üstünlüklər Azərbaycanın inkişafını və əhəmiyyətini şərtləndirir".

BP rəsmisi təmsil etdiyi qurumun Azərbaycanın inkişafına töhfə verməsindən məmnun olduğunu qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar