Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan erkən prezident seçkiləri keçirmək qərarıyla Qərb xüsusi xidmətlərinin planlarını pozub”


verelq.am (Ermənistan), 12.02.2018


Prezident İlham Əlıiyev Azərbaycana xarici hədələri dondurulmuş Qarabağ münaqişəsinin Bakı üçün ən böyük təhlükə görünməyən daha geniş kontekstdə nəzərdən keçirir. Bu haqda Avrasiya İqtisadi Birliyi İnstitutunun direktoru Vladimir Lepexin “VERELQ”-lə söhbətində bildirib. O əmindir – Ermənistan üçün əsas təhlükə göründüyü yerdə deyil.

Lepexin qeyd edib ki, bu gün siyasətçi və ekspertlərin çoxu fal açmağa çalışır ki, Azərbaycanda prezident seçkilərinin 2018-ci il oktyabrın 17-dən 11 aprelə keçirilməsi nədən doğub. Və onların bəziləri seşkilərin tarixinin dəyişdirilməsinin əsas səbəbi kimi Azərbaycanın Qarabağ uğrunda savaşa “hazırlığın başlandığını” göstərirlər. Xüsusən Əliyev hakim partiyanın qurultayında Ermənistanı “sıxmağa” çağırdığı və Qarabağ probleminin həllində güc tətbiqini mümkün saydığı üçün.

Ekspert deyib: “Azərbaycan prezidentinin sözlərinin İrəvanda ağrılı qarşılanması tamamilə təbiidir. Hər halda, Ermənistan-Azərbaycan münasibətləri hətta Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ərəfəsində də yırğalanması gərəkməyən qayıqdır. Bununla yanaşı, ehtimal edirəm ki, bəzi şərhçilərdə yuxarıda sözügedən çıxışa münasibətdə siyasi bəsirət çatışmır. Düşünürəm ki, İlham Əliyev Azərbaycana xarici hədə-qorxuları dondurulmuş Qarabağ münaqişəsinin Bakı üçün ən böyük təhlükə kimi görünmədiyi daha geniş kontekstdə nəzərdən keçirir”.

Onun sözlərinə görə, bu gün Azərbaycanın sərhədlərinə nəzərə alınmaması cinayət olan supertəhlükə – bütün Yaxın Şərqdə nüfuz və hakimiyyət uğrunda dünyanın aparıcı oyunçuları arasında müharibənin ikinci burumu yaxınlaşır. Görünür, 2011-2017-ci il mərhələsindən daha irimiqyaslı olacaq və artıq ən yaxın zamanda hökmən təkcə Suriya, İraq, Yəmən, Türkiyə və kürdlərə deyil, habelə İran, İsrail və Cənubi Qafqaz ölkələrinə toxunacaq müharibələr.

Lepexin qeyd edib: “Heç kimə sirr deyil ki, Suriya epopeyası ikinci dövrəyə girir və dünyaya təqdim edilən serialın növbəti epizodu əsas oyunçuların dəyişilməsilə bağlıdır. Vaşinqton birinci dövrədə Qətərlə Türkiyəni fırladıb, onların vasitəsilə Suriyada RF-də yasaqalanan İŞİD daxil olmaqla hər cür antiəsəd terrorçu qruplaşmaları dəstəkləyib. Bu gün Amerika hərbçiləri bölgədə iştiraklarını genişləndirirlər. Bu zaman bölgədə nüfuz uğrunda müharibədə artıq Əfqanıstana – Mərkəzi Asiya sərhədlərinin yaxınlığına keçən islamçşı radikallara deyil, kürdlərə və isarillilərə bel bağlayırlar. ABŞ kölgədən çıxır və bu Rusiyaİran hərbçilərilə getdikcə daha irimiqyaslı toqquşmalar vəd edir. Nəticə kimi – indiki istirahət günlərinin iki epizodu: İsrail HHQ-nin mərkəzi Suriyada hökumət qoşunlarının mövqeyinə hücumu və Amerika HHQ-nin Suriyaya və Fərat vadisində Rusiya hərbçilərinə zərbəsi. Güman edirəm ki, bu cür kontekstdə əsas məsələ artan transbölgə müharibəsində Türkiyənin rolu haqda məsələdir”.

AİB İnstitutu direktoru şübhə etmir ki, Dövlət Departamenti Türkiyə rəhbərliyini Suriya lideri Bəşər Əsədə qarşı müharibənin ikinci mərhələsinə başçılıq etməyə vadar etmək üçün hər şeyi edəcək. Və istisna etmir ki, ABŞ Suriyanın şimalında Türkiyə-kürd toqquşmasını məhz ona görə törədib ki, Rəcb Ərdoğanı yalnız bir çıxış yolu – Vaşinqtonun nəzarətinə qayıtmaq ola biləcək tələyə qovsun.

Lepexinin qyed etdiyi kimi, Qərbin Azərbaycana münasibətdə də Azərbaycanda prezident seçkilərinin keçirilməsilə sinxronlaşdırılan planı var. Bax, Bakıda buna görə prezident seçkilərini apreldə keçirməyə qərar veriblər. O, hesab edir – bu qərar respublikada seçki kampaniyasından, birincisi, respublikada durumu sabitsizləşdirmək, ikincisi isə Azərbaycanın Ermənistanla münasibətlərini kəskinləşdirmək üçün faydalanmaq niyyətində olan Qərb xüsusi xidmətlərinin planlarını pozub. Lepexin deyib: “Azərbaycan rəhbərliyi bu cür durumda sadəcə bu gün olmasa, Türkiyə və Azərbaycan daxil olmaqla sabah bütün Yaxın Şərqi partladacaq həmin hadisələrə hazırlaşmağa nail olmaq, habelə o  cümlədən antierməni ritorikasından istifadə etməklə elektoratı öz ətrafında maksimal şəkildə birləşdirməyə can atır”.

Bu zaman ekspertə aydındır ki, Qərbin Ermənistan haqda da hiyləgər planı (özü də bir deyil) var. Məsələn, “A” planı bundan ibarətdir ki, Türkiyə və ardınca Azərbaycanı da ABŞ-ın qarşısında “əymək” mümkün olarsa, İrəvan “haçapaça” durumda qalacaq: ya Rusiya ilə müttəfiqlikdən imtina edəcək (KTMT-dən çıxacaq, Gümridən Rusiya hərbi bazasını çıxaracaq və s.), ya da ABŞNATO Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması cəhdiylə müharibəyə başlamaqda “beynəlxalq xüsusi təyinatlıları” dəstəkləyəcək.

Həmsöhbətimiz xülasə edib: “Bax, buna görə Ermənistan siyasi ekspertlərinin İlham Əliyevin və Azərbaycanın başqa liderlərinin bəyanatlarından yapışması lazım deyil. Uzaga və geniş baxmaq və Allaha təşəkkür etmək lazımdır ki, İrəvanın Yaxın Şərqdəki Böyük müharibənin Qafqaza yaxınlaşmaması üçün Suriyada o cümlədən, öz əsgər və zabitlərinin həyatı bahasına hər şeyi edən Rusiya kimi müttəfiqi var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar