Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AzərEnerji” böhrandan çıxışmaq üçün hansı addımlar atmalıdır?


Oxşar vəziyyət 2013-cü ildə ABŞ-da yaşanıb. Lakin ABŞ-ın Milli Elektrik Şəbəkəsinin atdığı bir sıra maarifləndirici addımlar sayəsində bu ölkədə Azərbaycandakı kimi həyat iflic olmamışdı...


Mingəçevir İES-də baş verən qlobal qəzanın fəsadları hələ də aradan qaldırılmayıb. Bu gün paytaxta elektrik kəsintisi müşahidə olunmasa da, yüksək hava tempratiru şəraitində elektrik enerjisindən istifadə artmaqda davam edir. Əslində əhalini də başa düşmək mümkünüdür. Çünki dözülməz isti hava şəraitində hər kəs çalışdığı və yaşadığı məkanda maksimum sərinlik yaratmağa çalışır. Lakin elə bir şərait yaradılmalıdır ki, ölkədə həyat iflic vəziyyətə gətirilib çıxarılmasın.

Xatırladaq ki, 2013-cü həddindən artıq isti havalar ABŞ-ın bir sıra şəhərlərində, o cümlədən Nyu-Yorkda oxşar vəziyyət yaşanıb. Bəs maraqlıdır, o zaman ABŞ-da yaranan böhran vəziyyətdən necə çıxıblar. Araşdırmamaız onu göstərir ki, həmin vaxt ABŞ-ın Milli Elektrik Şəbəkəsi həddindən artıq istilik və rütubətin gətirib çıxardığı yüksək enerji tələbini aşağı salmaq məqsədi ilə əhalidən və iri elektrik istehlakçılarından normadan artıq elektrik istehlakının azaldılması istəyiblər. Milli Elektrik Şəbəkəsinin müraciətində problemli ərazilərdə elektrik enerjisi təchizatının kifayət qədər olduğunu bildirlir və əhalidən havanın normal şəraitində sərf etdikləri elektrik enerjisindən artıq enerji sərf etməmək xahiş olunurdu.  

Milli Elektrik Şəbəkəsi kommunal avadanlıqlardan istifadəyə tələbatın azaldılması və sistemin etibarlılığını təmin etməyə köməklik göstərmək üçün bir neçə sadə istehlakçı davranışlarını tövsiyyə etmişdi. Həmin tövsiyyələr aşağıdakılardır:

1) Günəşin evinizi çox isti etməsinin qarşısını almaq üçün jalüzləri,  kölgəlikləri və qalın pərdələri çəkilməsi

2) Kondisioner parametrlərini bir az artırılması, filtrlərin dəyişdirilməsi, sərinkeşlərdən istifadə edilməsi - Qeyd edək ki, kondisionerilərin temperaturu nə qədər aşağı olsa, xərci də bir o qədər çox olur. Rahatlığın imkan verdiyi qədər  termostatı yüksək dərəcəyə qoyulması daha doğrudur. Bundan əlavə,  havalandırma qurğusu  yoxlanılmalı və  ehtiyac olarsa, təmizlənməlidir. Kondisioner əvəzinə sərinkeşlərdən istifadə edilməsi də enerji istifadəsini xeyli azaldır.

3) Proqramlaşdırıla bilən termostatı nəzərdən keçirərək otaqlar boş olduqda soyutmamaqla soyutma temperaturlarını tənzimləmək və bu yollada həm elektrik enerjisinin sərfinə, həm də  elektrik puluna qənaət etmək mümükündür.

4) Həmçinin lazım olmadıqda otaqlarda işıqları n söndürülməsi vacibdir. Bu həm də otağın daha artıq qızmasının qarşısını alır.

5) Qabyuyan və paltaryuyan maşınlar kimi isti sudan istifadə edən avadanlıqların istifadəsini maksimum azaldılmalıdır. 

6) Elektron əşyaları şəbəkədən ayırılmalıdır. Televizor və kompüterlər kimi elektron əşyalar söndürülsə də, hələ də elektriki özünə çəkə bilər. 

7) Hovuzların nasoslarını sğndürülməsi. Qeyd edək ki, hovuz nasosları evdəki enerjinin ən böyük sərfiyyatçılarından biridir – havalandırma sistemindən sonra ikincidir.

2013-cü ildə məhz tövsiyyələr nəticəsində ABŞ-ın Milli Elektrik Şəbəkəsi böhranı atlada bilmişdi. Təbii ki, probləmə əhalinin doğru istiqamətdən yanaşması və bu tşvsiyyələrə uyması şəraitində. Hazırda Azərbaycan əhalisi də elektrikdən istifadəni maksimum azaltmağa çalışmalıdır və zəruri ehtiyacların ödənilməsindən artıq elektrik enerjisi sərf etməməyə çalışmalıdır. Çünki ötən iki günün təcrübəsi göstərdi ki, elektrik enerjisinin israfçı şəkildə istifadə olunması bizim hər birimizin həyatımızı humanitar fəlakət həddinə çatdırır. Belə ki, israfçılıq nəticəsində baş verən qəzalardan sonra evlərimiz susuz, sərinliksiz qalır. Ən əsası isə həyat şərtləri sözün həqiqi mənasında iflas edir. “AzərEnerji” ASC-nin rəhbərliyi altında isə bu cür maarifləndirici tövsiyyələr KİV-lər vasitəsi ilə əhaliyə çatdırılmalıdır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar