Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avropa Şurasından çıxmaq yox, daha da sıx əməkdaşlıq etməliyik”


“Azərbaycan Avropa Şurasından çıxmaq barədə düşünməməlidir. Əksinə, bu qurumla daha da sıx əməkdaşlıq etməlidir”


PİA.AZ xəbər verir ki, bu sözləri “Ölkə.Az”-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) yeni nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Asim Mollazadə bildirib. 

A.Mollazadə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinin də dəyişdirildiyini təsdiqləyib: “Bəli, artıq yeni tərkib formalaşıb. Yeni tərkibdə mən də təmsil olunuram”. 

Deputat qeyd edib ki, Azərbaycan Avropa Şurası ilə 20 ildən çoxdur əməkdaşlıq edir: “Azərbaycan Avropa Şurasının üvü olan dövlətdir. İndiyədək Avropa Şurası Azərbaycanla bağlı bir sıra qətnamələr qəbul edib. Həmin sənədlərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın hüquqlarının qorunması məsələsi də var. Bu baxımdan da mən Avropa Şurası ilə daha sıx işləməyin tərəfdarıyam. 

Azərbaycan həqiqətlərinin dünyaya və Avropaya çatdırılması istiqamətində daha güclü işlər görülməlidir. Dünyada Azərbaycana qarşı informasiya müharibəsi mövcuddur. Bununla mübarizə aparmaq üçün əsas məsələ əməkdaşlıqdan keçir. Biz Azərbaycan həqiqətlərini Avropaya daha yaxşı çatdırmalıyıq”.

A.Mollazadə bir sıra deputat həmkarlarının Avropa Şurasından çıxması ilə bağlı təkliflərinə də münasibət bildirib: 

“Mən bunun əksini düşünürəm. Hesab edirəm ki, Azərbaycan Avropa Şurası ilə əməkdaşlığı davam etdirməlidir. Azərbaycan hər bir beynəlxalq tribunadan istifadə edərək, öz haqq səsini dünyaya çatdırmalı və milli maraqları müdafiə etməyə qadir olmalıdır”.

Xatırladaq ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. Dəyişikliklə deputatlar – Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayevin nümayəndə heyətinin tərkibindəndən çıxarılıb. Onların yerinə isə deputatlar – Elşad Həsənov, Ülviyyə Ağayeva və Asim Mollazdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilib. 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar