Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Apple” üzr istədi

“Apple” korporasiyası köhnə “iPhone” modellərinin işini yavaşlatdığına görə müştərilərdən üzr istəyib


Lent.az-ın “Business Insider”a istinadən verdiyi xəbərə görə, “Apple” məsələ ilə əlaqədar istehlakçılara ünvanlanmış rəsmi açıqlama yayıb. “Biz bilirik ki, bəziləriniz “Apple”ın sizləri pis vəziyyətdə qoyduğunu hiss edirsiniz. Sizlərdən üzr istəyirik”, - deyə açıqlamada bildirilir.

Şirkət smartfonlardakı batareyaların fəaliyyəti barədə məlumat verib və köhnə modellərin işində dəyişikliklər etməsinin səbəbini izah edib: “Əvvəla, biz müştərilərin yeni modellər alması məqsədilə “Apple”ın hansısa məhsulunun xidmət müddətini  azaltmağa və ya istifadəçi interfeysini pisləşdirməyə getmərik. Məqsədimiz hər zaman bu olub ki, istehlakçılarımızın xoşuna gələn məhsullar və mümkün qədər çox işləyəcək “iPhone”lar yaradaq. Müştərilərin etimadı bizim üçün hər şeydir. Biz bu etimadı qazanmaq və saxlamaq istiqamətində işimizi heç vaxt dayandırmayacağıq. Biz yalnız sizin etimadınız və dəstəyinizlə sevdiyimiz içi davam etdirə bilərik”.

Müştərilərinin etimadını bərpa etmək üçün korporasiya bir sıra addımlar atmaq qərarına gəlib. Onlar arasında dəyişdiriləcək batareyaların qiymətinin 50 dollar aşağı salınması, eləcə də batareyanın vəziyyətinə nəzarət etməyə imkan verən yeni iOC versiyası da var.

Xatırladaq ki, daha əvvəl şirkət köhnə “iPhone” modellərində proqram təminatının işini yavaşlatdığını etiraf edib. Bunun səbəbi köhnəlmiş batareyaların ömrünü uzatmaq cəhdi kimi izah olunub.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar