Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Alpinistlər tamamilə yeni marşrut ilə hərəkət ediblər”


Axtarışda iştirak edən şəxs: “Alpinistlər tamamilə yeni marşrut ilə hərəkət ediblər”


"Alpinistlərin axtarışında bu gün hava şəraiti ilə əlaqədar fasilə yaransa da, axtarış qrupları təhlükəsiz yerlərdə düşərgə quraraq qarla müşayiət olunan güclü küləyin səngiməsini gözləyir."

Bu barədə "Reporta" axtarış prosesində iştirak edən Arzu Mustafayev bildirib.

O deyib ki, hazırda alpinistlərin tapılmasında çətinlik yaradan ən əsas amil onların müraciət edərkən göstərdikləri klassik marşrutdan kənara çıxmalarıdır.

"Axtarışlar nəticə vermədiyinə görə, tədqiqat aparılıb və məlum olub ki, alpinistlər öz həmkarları ilə telefon danışıqlarında deyiblər ki, müraciətdə göstərdikləri kimi klassik marşrutla deyil, tamam yeni, bu vaxta qədər keçilməyən 2-3 marşrutla zirvəyə çıxacaqlar. Bu da 20-30 kvadrat kilometr ehtimallar üzərində qurulan ərazi və axtarışların çətinləşməsi deməkdir. Yəqin ki, Fövqəladə Hallar Nazirliyinin axtarışlara məsul nümayəndəsi də açıqlamasında deyəndə ki, dəqiq məlumat yoxdur elə bunu nəzərdə tutur. Bəli, onlar üzərlərinə götürdükləri marşrutla getməyiblər və problem də bundan ibarətdir", - AşMustafayev qeyd edib.

O əlavə edib ki, Tufandağ zirvəsinin hündürlüyü 4191 metrdir, 4172 metrdə isə, yəni cəmi 19 metr aşağıda Ekologiya Nazirliyinin meteostansiyası qurulub və həmin yerə mütəmadi olaraq nazirliyin meteoroloqları qalxıb-düşür.

"Əgər onlar klassik marşrutla getsəydilər, belə problemin yaranmasına ehtimal da az olardı", - axtarışda iştirak edən şəxs deyib.

A.Mustafayevin sözlərinə görə, hazırda yüksəklikdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə bərabər Ekologiya Nazirliyinin 30-dan artıq dağlarla təması olan mütəxəssis və nümayəndəsi var və hava şəraiti imkan verən kimi axtarışlar birlikdə davam etdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar