Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Alphabet” sürücüsüz avtomobilləri test etməyə başladı

“Alphabet”in özü idarə olunan avtomobillərin hazırlanması ilə məşğul olan bölməsi – “Waymo” sürücüsüz avtomobillərin şəhər yollarında test edilməsinə başlayıb


Lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən yaydığı xəbərə görə, sınaqlara oktyabr ayının sonlarında Arizona ştatının Finiks şəhərində start verilib.
 
Sınaq zamanı “Waymo” əməkdaşları avtonom “Chrysler Pacifica” avtomobillərinin arxa oturacaqlarında otururlar. Onlar yalnız lazım olduqda avtomobilin təhlükəsiz yerdə dayanması üçün xüsusi düyməni basırlar.  
 
“Waymo”nun baş direktoru Con Krafçik bildirib ki, bu, təkcə yeni məhsulun nümayişi deyil, texnoloji inkişafın yeni mərhələsidir. Hazırda şirkət məhdud ərazidə sınaqlar keçirir, yaxın gələcəkdə isə bütün Finiks şəhəri ərazisində test aparılacaq. Yaxın aylarda “Waymo” bu texnologiyadan “Early Rider” avtomobil çağırma xidmətində istifadə edəcək.
 
Qeyd edək ki, “Alphabet” özü idarə olunan avtomobil layihəsi ilə 8 il əvvəl məşğul olmağa başlayıb və bu sahəyə 1 milyard dollardan çox sərmayə yatırıb. Ötən il layihə ayrıca şirkətə çevrilib və “Waymo” yaradılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar