Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ağıllı” saat şəkər xəstələrinə kömək edəcək


"PKvitality" şirkəti "CES Innovation Awards" sərgisinin stendlərində qeyri-adi olmaqla yanaşı, qanda qlükozanın, eləcə də süd turşusu və başqa mübadilə məhsulları daxil olmaqla digər karbohidrat mübadiləsi pozuntularının bioloji əlamətlərinin səviyyəsinin ölçülməsi kimi vacib funksiyanı yerinə yetirən "ağıllı" "K`Track Glucose" saat prototipini nümayiş etdirib


Saat 0,5 millimetr uzunluğunda mikroiynə vasitəsilə sutkada 30-dək ölçmə apararaq orqanizmin aktual göstəricilərini nümayiş etdirir. Bu, xüsusilə insulin terapiyasının başlanğıcında olmaqla 1-ci və 2-ci tip şəkərli diabet xəstələri üçün faydalı alətdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  hiss edilməyən, ağrısız analizin aparılması üçün "SkinTaste" texnologiyasından istifadə olunur. "K`Track Glucose" qlükoza və süd turşusunu ölçməklə yanaşı, sərf olunan kalorilərin miqdarını, atılan addımların sayını və müddət ərzində qət edilən məsafəni hesablayır. Qiyməti 200 dollar təşkil edəcək qurğunun korpusunda sensor üçün hər ay əlavə 150 dollar ödəmək tələb olunacaq. Ümumilikdə isə istifadəçi istismar üçün illik 1 350 dollar ödəyəcək. Hazırda analoji qiymətə üçaylıq müddət üçün birdəfəlik sınaq çubuqları dəstini əldə etmək olar. 2018-ci ildə satışa çıxarılması nəzərdə tutulan "K`Track Glucose" istehsal texnologiyalarının ucuzlaşmayacağı təqdirdə bahalı qurğular sinfinə aid olacaq.

Şirkət, həmçinin ürək döyüntülərinin sayını, qanda süd turşusunun, eləcə də oksigenin səviyyəsini hesablayan "K`Track Athlete" idman bilərziyini təqdim edib. Bilərziyin qiyməti və dəyişilən sensorun qiyməti "K`Track Glucose" saatının qiymətinə uyğundur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar