Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Maliyyə nəzarəti haqqında” qanunun qəbulu ləngidilir”


“Azərbaycanda büdcəyə nəzarətin artırılması, maliyyə şəffaflığının təmin edilməsi və bu prosesin sürətləndirilməsi üçün “Maliyyə nəzarəti haqqında” qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna çox ciddi ehtiyac var”


Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Millət vəkili qeyd edib ki, deputat həmkarı Əli Məsimli ilə hələ bir neçə il bundan öncə adıçəkilən qanun layihəsinin ilkin variantını hazırlayıb və parlamentə təqdim ediblər.

“Biz dəfələrlə bu məsələni həm parlamentin plenar, həm də üzvü olduğumuz komitənin iclaslarında dilə gətirmişik və qeyd etmişik ki, ölkədə büdcə, maliyyə şəffaflığını təmin etmək üçün mütləq belə bir sənəd qəbul olunmalıdır. Biz hətta qanun layihəsinin ilkin variantını da hazırlamışıq. Ancaq çox təəssüflər olsun ki, üstündən neçə illər keçsə də, sözügedən qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu uzadılır. Bununla belə, biz yenə də öz təklifimizdə, tələbimizdə israrlıyıq və israrlı olacağıq. Maliyyə nəzarəti ilə bağlı qanunun qəbulu vacibdir və bu məsələ öz müsbət həllini tapmalıdır”, - deyə V. Əhmədov sözlərinə əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar